Xəbər lenti

gulbenn.Jpeg
Gülben Ərgən “Duymayan Kalmasın” adlı proqramda əleyhinə danışan və sujetlər təqdim edən Seren Serengil haqqında tədbir görülməsi barədə məhkəməyə müraciət edib.

 

"Qafqazinfo" xəbər verir ki, iddiaya görə, Seren 20, 23 və 24 oktyabr tarxinlərində məhkəmə qərarına rəğmən Ergen əleyhinə danışmağa davam edib. Ergen bu addımı atan aparıcını cəzalandırmaq qərarına gəlib. O, Serengilin zorla həbs edilməsini tələb edib.

Tələbi rədd edilən Ergen bu dəfə 11-ci Ailə Məhkəməsinə müraciət edib və istəyinə nail olub.11-ci Ailə Məhkəməsi 10-cu Ailə Məhkəməsinin qərarını ləğv edib və aparıcı barədə 3 günlük həbs qərarı verilib.

Seren Serengil “Hürriyet” qəzetinə mövzu ilə bağlı açıqlama verib: “Mən xəyanət məsələsi ilə bağlı danışmışam. O evli biri ilə görüşüb və həmin şəxsin xanımı Yasəminə dəstək olmuşam. Həbs onla bağlı verilib ki, məhkəmə prosesi zaman G. Ərgən barədə danışmaq olmaz. Mən isə bu qərardan sonra efirdə açıqlamalar vermişəm. Dedim ki, bu mövzuda danışacam, susmayacam. İndi 3 gün içəridə olacam”.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.