Xəbər lenti

aktyorfff.jpgBu günlərdə Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalında “Üçüncü günün adamı” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında qalib olan aktyor Hikmət Rəhimov sosial şəbəkədə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmova sərt ismarıc ünvanlayıb.

Sozcu.az bu barədə Kulis.az-a istinadla xəbər verir.

“Bunu deməliyəm, çünki səhərə qədər yatmamışam əsəbimdən. Deməli, kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mükafatı mən həll etmişəm. Mən də sənə deyirəm: Hətəmov, tüpürüm o mükafata ki, onu sən mənə vermisən və orda-burda bunu başa vurursan. Rahat ol, dilimə də gətirən deyiləm...”, - deyə o bildirib.

Məsələ ilə bağlı açıqlama verən Müşfiq Hətəmov bunları söyləyib: “Mən həmişə Hikmət Rəhimova bir aktyor kimi də, bir insan kimi də böyük hörmətlə yanaşmışam və əlimdən gəldiyi qədər dəstək vermişəm. O, sadəcə, festivalda qeydiyyat prosesini yaxşı bilmədiyi üçün bizi günahlandırır. Guya mükafat alıb, biz gətirib vermirik. Halbuki festival prizi bir ay müddətinə özü göndərir”.

M.Hətəmov aktyorun toxunduğu digər mətləblərə də aydınlıq gətirib: “Bəzi fikirlər də var ki, guya Hikmət Rəhimovu ora dəvət ediblər, biz maliyyə ayırmamışıq. Halbuki festival qaliblərinin ora getməsini festival özü maliyyələşdirir. İstisna hallarda bu xərcin bir qismini studiya ödəyir”.

"Ona mükafatı mən almışam" ifadəsini işlətmisinizmi?” sualına gəlincə, M.Hətəmov deyib: “Elə deməmişəm. Mən demişəm ki, filmi festivallara göndərmək, prokatını təşkil etmək prodüserin işidir. Mükafat Hikmətin halal haqqıdır”.

Kinostudiyanın rəhbəri H.Rəhimovun “Facebook” profilində yazdığı yerlibazlıq söhbətinin də tamamilə yanlış olduğunu bildirib: “Mən belə sözlər deməmişəm”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.