Xəbər lenti

elzaseyy.jpg
Əməkdar artist Elza Seyidcahan yenə maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Müğənni “Düz bazar” verilişində qonaq olarkən, qadın həmkarlarının baxımsız olduğunu iddia edib.

“Müğənnilər son vaxtlar bir-birinə oxşayır. Onları ayırd edə bilmirəm. Müğənninin öz səsi, cizgiləri, xarakteri, mimikası olmalıdır. Qadın müğənnilərimiz “xaltura” edirlər. Kişi müğənnilər özlərinə daha yaxşı baxırlar. İdmana gedirlər, pəhriz saxlayırlar. Qadınlar isə güc veriblər plastik əməliyyata, pul yığmağa... Mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardır. Bəzisi var əyri ayağını gedib düzləşdirir, ona yaraşmır. Allah onu belə yaradıb", - deyə əməkdar bildirib.

Elza Seyidcahan müğənnilərin qazancından da danışıb:

"Müğənnilərimizin əksəriyyəti yaxşı pul qazanır. Qazandığımızı sənətə xərcləməliyik. Bu gün acından ölmürəm. Beşindən aşağı yaşasam da, beşindən yüksəkdəyəm. Bu gün hər yerdə keçərliyəm. Çünki sənətimi ucuzlaşdırmıram. Bir çoxları qazandığını paltara, plastik əməliyyata verir, mahnı almır. Bayağı mahnı oxuyur ki, toy tutsun”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.