Xəbər lenti

fedayel.jpg
Az öncə sosial şəbəkələrdə müğənni Fədayə Laçının ölüm xəbəri yayılıb.

Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, iddiaya görə, məlumatı meyxanaçı Zarina paylaşıb. Maraqlıdır ki, F.Laçının adına olan İnstaqram səhifəsini işlədən şəxs xəbərdən şok keçirdiyini, Fədayə Laçının bacısı İlahə ilə əlaqə saxladıqdan sonra məlumat verəcəyini bildirib. Bir neçə dəqiqədən sonra isə sözügedən paylaşım səhifədən silinib.

Xəbərçi.az saytı isə Fədayə Laçının bacısı İlahə Fədaya istinadla, xəbərin yalan olduğunu yazıb. Bu arada F.Laçının guya intihara uğursuz cəhd etməsi də iddia edilib.

Maraqlıdı, qeyri-səhih informasiyanın yayılmasında müğənniyə bu və ya digər formada yaxın olan şəxslər niyə iştirak edir?

Xatırladaq ki, Fədayə Laçın kriminal avtoritet, "Qoca" ləqəbli Etibar Məmmədovun qaçmasında şübhəli bilinərək həbs edilib.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.