Xəbər lenti

floraa.jpgAzərbaycanda qadın aktrisalar arasında rəqabət hər zaman güclü olub.

İstər müstəqillik illərində, istərsə də ondan əvvəlki illərdə bu rəqabət davam edib. Bu gün də rəqabət gənclər arasında davam edir. 

Azərbaycanın dram janrında ən güclü qadın aktrisasının kim olduğu hər zaman müzakirə mövzusu olub. Bu il də ən güclü aktrisanın kimliyi sorğu olaraq araşdırılır. Sorğuda ölkənin sayılmış seçilmiş ziyalıları, sənət adamları iştirak ediblər. Sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu mövzu ilə bağlı araşdırma edərkən xalq artisti Flora Kərimovanın da məsələyə münasibətinə diqqət çəkib, öyrəndik. Mövzu ilə bağlı münasibətini bildirən F.Kərimova rəqabətin əsasən Şəfiqə Məmmədova ilə Amaliya Pənahova arasında gedəcəyini bildirərək, səsini də Şəfiqə Məmmədovaya verib. 

Daha sonra o, Amaliya Pənahovanın heç vaxt Şəfiqə Məmmədovaya çata bilməyəcəyini bildirib: “Bilirsiz madam bu mövzu ilə bağlı araşdırma aparırsınız, mən sizə deyim ki, Şəfiqə xanımda olan qürur, səhnə duruşu, obraza girmə heç vaxt Amaliya Pənahovada ola bilməz. 

Ömründə Amaliya Pənahova özünü Şəfiqə Məmmədova ilə müqayisə eləməsin. Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz. Şəfiqə Məmmədova, eyni zamanda, daha çətin rolların öhdəsindən gəlib.

Mən onların heç birini yaxından tanımıram, amma baxdığım izlədiklərimə və gördüklərimə əsasən, bu, mənim fikirlərimdi. Bu, bir daha onu sübut edir ki, dram janrında ən layiqli, ən güclü qadın aktrisa Şəfiqə Məmmədovadır”.

Flora Kərimovanın Amalya xanım haqqında söylədikləri yəqin ki, xeyli müddət müzakirə olunacaq. Bəs görən Amaliya Pənahova Flora Kərimovanın onun barəsində söylədiyi fikrə reaksiyası necə olacaq? A.Pənahova F.Kərimovadan belə bir kəskin açıqlama gözləyə bilərdimi?

Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə “Nömrə-1” mükafatlandırma mәrasimindә hər iki sənətçi yanaşı duraraq bir-birini salamlayıb və tədbirdə iştirak etmişdilər. Mərasimdə bir-biri ilə xoş ünsiyyətdə olan hər iki xalq artistinin birgə fotoları da mətbuat səhifələrində yer almışdı.

Xalq artisti Amalya Pənahova ilə əlaqə yaradıb, Flora Kərimovanın ismarıcına münasibət öyrənməyə çalışdıq. Mətbuata demək olar qapalı mövqe tutan Amalya Pənahova bu dəfə də ənənəsini pozmadı desək, səhv etmərik.

Belə ki, əvvəlcə telefonda bizimlə normal tərzdə danışan Amalya Pənahova “Flora Kərimova sizin ünvanınıza belə bir mesaj göndərib. Sizin mövqeyiniz maraqlıdır” sualını çılğın, emosional tərzdə cavablayaraq “Mən mətbuatın suallarını cavablandıran deyiləm. Ara vurmağa çalışıb qalmaqal yaratmaq mətbuatın köhnə peşəsidir.

Flora Kərimova mənim barəmdə yaxşı sözlərdən başqa nə danışa bilər ki? Bir də ki, o, kimdir ki, mənim sənətim barədə söz desin. Flora yalnız məni tərifləyə bilər” - söylədi.

Aktrisaya çatdırmağa çalışdıq ki, əslində heç də ünvanınıza xoş fikirlər səslənməyib. Aktrisa Flora Kərimovanın onun barəsində söylədiyini eşidən kimi “Mən bu sualınıza cavab verən deyiləm” deyərək telefonu üzümüzə bağladı.

Görünür, Amalya Pənahova ünvanına səslənən tənqidi qəbul edə bilmədi. Elə o üzdən də yenə mətbuata hörmətsizliyini nümayiş etdirməyə çalışdı.(Publika.az)

Bölmənin digər xəbərləri

15 Aprel 2017 Rusiya “Eurovision”dan kənarda qaldı
15 Aprel 2017 Eldarın instaqram səhifəsi bağlandı
07 Aprel 2017 Naxçıvanda yeganə meyxana deyən qadın Mətiş -VİDEO
05 Aprel 2017 Təranə Səmədovanın ölkədən çıxışına qadağa qoyulub
03 Aprel 2017 Damlanın hamıdan gizlətdiyi oğlu - Foto
24 Mart 2017 Tom Kruz 28 yaşlı aktrisa ilə eşq yaşayır
16 Mart 2017 "Rus Kardaşyan"nın yeni seksual FOTOSU
16 Mart 2017 Ceksonun hamıdan gizlətdiyi qızı peyda oldu - 31 il sonra
12 Mart 2017 Rusiyada azərbaycanlı müğənninin konsertində atışma olub
28 Fevral 2017 Məşhur müğənni hicabını açdı: “İşlərim yolunda getmədi”
13 Fevral 2017 Samirə ATV-dən gedəndən sonra... - Foto
10 Fevral 2017 Afaq Aslan çılpaq fotosessiyasından danışdı: "Sponsora yox demərəm"
05 Fevral 2017 Pərviz Bülbülə ona görə damarlarını doğrayan qızdan danışdı
14 Yanvar 2017 İlhamə Quliyeva ölümündən bir neçə gün əvvəl ELƏ BİR ŞEY EDİB Kİ... -FOTO
13 Yanvar 2017 Bakıda toydan çıxan tanınmış müğənnilər soyuldu
11 Yanvar 2017 "O səs Türkiyə"dəki gənclərimiz müraciət yaydı - Video
09 Yanvar 2017 Xoşqədəm axır ki, arzusuna çatdı
07 Yanvar 2017 Məşhur serialın aktyorları meşədə ölümlə üz-üzə - “Kömək edin, donuruq!”
06 Yanvar 2017 Rəqsanədən hədə: “Dilini boğazından çıxardıb yox edərlər”
03 Yanvar 2017 Nadirdən Hadisənin konsertinə reaksiya: “Bizimkilər görməmişdilər”
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.