Xəbər lenti

metlebmemmedoglifoto.PNG
Sozcu.az
saytı Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Mətləb Məmmədoğlunun şerlərini təqdim edir:

DİLƏNÇİ QARDAŞ

(Həyətimizə dilənçi gəlmişdi)

Bir an ayaq saxla dilənçi qardaş
Deyim dərdlərimi say,dilənirsən
Dilənçi günündə yaşayıram mən
Sən də dilənçidən pay dilənirsən.

Nə insaf qalıbdır,nədə ki mürvət
Ocaq qalamaqa qor tapammırıq
Sən gəzib kəndləri pay dilənirsən
Biz evdə yaməyə şor tapammırıq.

Bogulub zamanın məngənəsində
Qaranlıq zindana düşüb yatan var
Balası acından ölməsin deyə
Namusun,ismətin,arin satan var

İncimə sözümdən dilənçi qardaş
Hərə bir tərəfdə küllənir indi
Həkim,müəllimi qul bazarında
Şairi,alimi dilənir indi

Bir sən dilənsəydin nə vardı qardaş
Aşıq sinəsində sazı dilənir
Bu millətin işi Allaha qalıb
Gəlini dilənir,qızı dilənir

Çagırıb Allahın adin köməyə
Sən pay dilənirsən,mən haqq gəzirəm
Sən pay dilənəndə nəsə verirlər
Mənsə haqsızlardan haqq dilənirəm

Mənim də sən kimi dilənçi qardaş
Çörəyim dagların daşından çıxır
Haqqı soraqlayıb,qaqqı gəzirəm
Haqsızlar qarşıma qoşunnan çıxır

Qucaqında körpə bir gəlin gördüm
Dayanıb küçədə pay dilənirdi
Hər gəlib-gedənə əl uzadanda
Mənim saçlarıma qar ələnirdi

Ehtiyatla dilən dilənçi qardaş
Bilirsən bu sözü deyirəm neyçün
Bir gün deyəcəklər dövlətimizə
Vergi verməlisən diləndiyinçün

Gəl gedək bir yerdə dilənək qardaş
Düzələ bu haqsız dövran-çətin ki
Bir gün deyəcəklər odur dilənir
Mətləb Məmmədoglu-şair,dilənçi

MƏNƏ YALAN DANIŞ

Yalan danışan tanıdıqm bir adama

Mənə yalan danış,danış əzizim
Hələ doymamışam yalanlarindan
Köhnə yalanların yaddaşımdadı
Bir azda ərz eylə qalanlarından

Mənə yalan danış elə yalan ki,
Bir anlıq düşünüm məndə dərindən
Danışa-danışa nəqədər varsa
Gupa canımıza ,,Sənöllərindən,,

Yalanlar necədə yaraşır sənə
Sən yalan deyəndə həzinləşirsən
Özün də bilmirsən yalan deyəndə
Neçə rəngə dolub gözəlləşirsən

Sənin yalanların şirin xatirə
Yalan var dərd olur,can sökür qardaş
Yalan var adamı atır odlara
Yalan var ev yıxır,qan tökür qardaş

Düzə yer olmayıb heç vaxt həyatda
Hər an quru odu yaşı yandırır
Adam var düz deyib yaşaya bilmir
Adam var yalanla baş dolandırır

İndi bu həyatda yaşamaq üçün
Çoxu həüiüətin atır daşını
Elə bir dövranda yaşayırıq biz
Yalan həqiqətin kəsir başını

Yalan eşitməyə adət etmişik
Qatıb başımızı yalan yeyənlər
Yalan eşidirik gör neçə ildir
Kürsüdə oturub yalan deyənlər

Bir bax tügyan edir yalan ölkədə
Yalanlar önündə dayanmaq olmur
Hakimlər yalançı olan ölkədə
Yalan danışmasan dolanmaq olmur

Vətən nigarandi gör neçə ildir
Guya qeydimizə qalan danışır
Dünyanı yalanlar alıb agzına
BMT-ATƏT də yalan danışır

Yaşıyıb tarixin daş yaddaşında
Həmişə mənalı söz danışanlar
Nəsə azalıbdır,dəhşətdirAllah
Həqiqəti görüb düz danışanlar

Ancaq bir söz deyim,yaxşı qulaq as
Yalançı həmişə imansız olur
Bir gün bu dünyadan köçüb gedəndə
Həyatı yalan tək mənasız olur

Bölmənin digər xəbərləri

20 Fevral 2018 “Ağlama, “can” dediyim, ağlama, ana!” - ŞƏHİD MƏKTUBU
27 Yanvar 2018 Aktyor işdən çıxarıldı — TEATRDA QARŞIDURMA
22 Yanvar 2018 Sərxan Carçının “Bir kəndin repressiyası” adlı kitabının təqdimatı keçirilib
18 Yanvar 2018 Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı çapdan çıxıb
10 Yanvar 2018 "Borçalı" Cəmiyyəti Dədə Camalı andı
10 Yanvar 2018 Tanınmış aşıq vəfat etdi
05 Yanvar 2018 Sərxan Carçının müəllifi olduğu “Bir kəndin repressiyası” adlı kitab çapa hazırdır
01 Yanvar 2018 Flora Kərimova xəstəxanaya yerləşdirildi
31 Dekabr 2017 Azərbaycanın xalq artisti vəfat etdi
27 Dekabr 2017 Polat Alemdar "Kurtlar Vadisi"nin efirə dönəcəyi tarixi açıqladı (VİDEO)
25 Dekabr 2017 Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib
03 Dekabr 2017 BÜTÖV AZƏRBAYCAN - ŞER
01 Dekabr 2017 Əslən azərbaycanlı aktyor Bakıda: 50 illik həsrət
21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
20 Noyabr 2017 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 "Ey dözümlü qardaş!" -Bəxtiyar Hidayətin şerləri
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.