Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_cumh100.jpg
Yazıçılar Birliyinin Natavan klubunda tədqiqatçı Sərxan Carçıyevin “Bir kəndin repressiyası” adlı tədqiqat əsərinin təqdimatı keçirilib. DTX arxiv sənədlərinə söykənən əsər Qazax rayonunun Çaylı kəndinin repressiya olunan insanlarının taleyindən və mübarizəsindən bəhs edir. 1937-ci ilin qanlı hadisələrini xatırlayan və indiyədək bəlli olmayan faktlar kitabda öz əksini tapıb.

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin üzvü, şair Səlim Babullaoğlu S. Carçıyevin gərgin zəhməti hesabına ərsəyə gətirdiyi kitabın məziyyətləri haqqında məlumat verərək əsərin bu sahədə araşdırmalar aparan tədqiqatçılar və tələbələr üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonra müəllif kitab barədə məlumat vermiş və Çaylı kəndinin repressiya qurbanları barədə qarşılaşdığı mühüm faktları yeni nəşrində nəzərə aldığını qeyd edib.

Təbirdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, mütəfəkkirimiz M.Ə. Rəsulzadənin yadigarı, Əməkdar rəssam, tanınmış pedaqoq Rais Rəsulzadə, şərqşünas alim Aydın Qasımlı və “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Aki Aşırlı çıxış edərək S. Carçıyevin bu kitabını yüksək qiymətləndiriblər. Natiqlər bu kimi kitabların cəmiyyətimizdə milli düşüncənin inkişafında mühüm faktor və cümhuriyyət ilinə önəmli töhfə olmasını vurğulayıblar.

Qeyd edək ki, cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş bu kitab 148 səhifədir. Kitabın ön sözünün müəllifi və redaktoru “ Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır.

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.