Xəbər lenti

rasimbalayev.jpg
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti Rasim Balayevlə bağlı açıqlama yayıb.

 Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, R.Balayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü deyil: "O, rəhbəri Rüstəm İbrahimbəyov olan ittifaqın üzvü, eyni zamanda, katibidir, hazırda da o vəzifəni daşıyır. Amma buna baxmayaraq, Rasim Balayevin vəziyyətinin ağır olduğu barədə xəbər tutduqdan sonra İttifaqının sədri şəxsən Şəfiqə Məmmədovanın göstərişi ilə onunla əlaqə saxlanılıb, vəziyyəti ilə maraqlanılıb. Ona "nə köməklik lazımdır edə bilərik" deyilib. Lakin xalq artisti Rasim Balayev bildirib ki, "Jurnalistlər mənim haqqımda tamamilə yalan məlumat verib. Mənim vəziyyətim əladır, heç bir köməyə ehtiyacım yoxdur".

İttifaqın açıqlamasında o da qeyd edilib ki, R.Balayev ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiyasını, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər alır: "Bundan əlavə reklam və seriallara da çəkilir və özünün də dediyi kimi istədiyi qonorarı ala bilir. Buna baxmayaraq, Rasim Balayev istənilən vaxt qurumumuza müraciət edərsə, ona köməkilk göstərməyə hazırıq. Şəfiqə Məmmədovanın dediyi kimi, "çünki o, Rasim Balayevdir"".

Xatırladaq ki, bu günlərdə R.Balayev "Respublika Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan olubmu" sualına "Yox... istəmirəm də" deyə cavab verib.
Sozcu.az

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.