Xəbər lenti

meleke.jpg
Aktrisa Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

Sozcu.az  xəbər verir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, noyabrın 22-də tərəflər Nəsimi Rayon Məhkəməsində üz-üzə gələcəklər. Məleykə Əsədova onun şərəf və ləyaqətini təhqir etdiyi üçün Ramiz Məlikə 200 min manat təzminat davası da açıb. Xəbəri Nəsimi Rayon Məhkəməsindən də təsdiqləyiblər.

Saytımıza açıqlama verən Ramiz Məlikin özü də məlumatı inkar etmədi: "Bəli, xəbər doğrudur. Məleykə məni məhkəməyə verib. Ayın 22-də ilk qarşılaşmadı. Amma getməyəcəm. Çünki əlimdə ona qarşı olan faktlar var, həmin sənədləri toplayıram.
Məleykə çox səhv addım atır. O, əsəbi halda dediyim sözlərə görə məni ittiham edir. Yaxşı, bəs siz deyin, əgər Məleykə mənim evimə zəng edib, yoldaşımı, qızımı təhqir edirsə, məni "oğraş", "biqeyrət" adlandırırsa, mən buna susmalıyam? Məleykə mənim yoldaşıma "Ramizin o iki qız nəvəsini oğurlatdırıb, başlarına oyun açdıracam", deyirsə mən sakit durub baxmalıyam? Əlbəttə, bir kişi kimi bu sözlər məni özümdən çıxartdı, mən də həmin ərəfədə kim zəng etdisə, hamıya bu barədə, sözsüz ki, əsəbi halda öz fikirlərimi dedim. Sonradan bu barədə saytlarda xəbərlərin yayıldığını gördüm. Halbuki, bu söhbətin ictimailəşdirilməsini istəmirdim. Amma yenə də insanlığıma, ərliyimə rəğmən açıqlama verərək bildirdim ki, aramızda anlaşılmazlıq baş verib. Məleykənin də qadınlığını nəzərə alaraq, üzrxahlıq etdim. Fikirləşdim ki, eybi yox, qoy böyüklük məndə qalsın. Amma Məleykə yenə ikiüzlüyünü sübut etdi. Nəticədə, məni məhkəməyə verərək, 200 min pul tələb edir. Guya mən bunun şərəf və ləyaqətini təhqir etmişəm. Halbuki, o, birinci olaraq, mənim evimə zəng edib, ailəmi, özümü, qızımı və nəvələrimi küçə söyüşləri ilə təhqir edərək, hədələyib. Bunu qadın, xalq artisti necə deyə bilər? Bu cür təhqirə hansı kişi dözər? Kim Məleykəyə ixtiyar verib ki, mənim ailəmi təhqir etsin? O, elə bilirdi ki, ağzına gələni danışacaq, Ramiz də durub baxacaq? Mən Məleykəyə layiq olduğu cavabı vermişəm".

Xatırladaq ki, xalq artistləri arasında söz-söhbət hər şey Məleykə Əsədovanın sosial şəbəkədə şortikdə yayımladığı şəklindən sonra başlayıb. Şəkli görən Ramiz Məlik rəy bölümündə "Məleykə, sənin adın var, bu cür şəkilləri bura qoyma, səni qınayırlar. Özünün və teatrın imicini qoru", yazıb.

Bunu özünə təhqir hesab edən Məleykə Əsədova xalq artistinin evinə zəng edərək, qarşı tərəfi təhqir edib. Ramiz Məlik isə Yenicag.az-a açıqlamasında qarşı tərəfi cavabsız qoymamışdı.

Bölmənin digər xəbərləri

22 Yanvar 2018 Sərxan Carçının “Bir kəndin repressiyası” adlı kitabının təqdimatı keçirilib
18 Yanvar 2018 Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı çapdan çıxıb
10 Yanvar 2018 "Borçalı" Cəmiyyəti Dədə Camalı andı
10 Yanvar 2018 Tanınmış aşıq vəfat etdi
05 Yanvar 2018 Sərxan Carçının müəllifi olduğu “Bir kəndin repressiyası” adlı kitab çapa hazırdır
01 Yanvar 2018 Flora Kərimova xəstəxanaya yerləşdirildi
31 Dekabr 2017 Azərbaycanın xalq artisti vəfat etdi
27 Dekabr 2017 Polat Alemdar "Kurtlar Vadisi"nin efirə dönəcəyi tarixi açıqladı (VİDEO)
25 Dekabr 2017 Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib
03 Dekabr 2017 BÜTÖV AZƏRBAYCAN - ŞER
01 Dekabr 2017 Əslən azərbaycanlı aktyor Bakıda: 50 illik həsrət
21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 "Ey dözümlü qardaş!" -Bəxtiyar Hidayətin şerləri
13 Noyabr 2017 Xəstəxanaya qaldırılan Kəmalə Müzəffər danışdı
09 Noyabr 2017 Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illiyi qeyd olunub
07 Noyabr 2017 Xalq artistinin rus qadından olan oğlunun - Fotosu
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.