Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_bextiyarhiday.jpg
Sozcu.az saytı tanınmış şair Bəxtiyar Hidayətin şerlərini təqdim edir:

 MÜRACİƏT

Ey dözümlü qardaş
Ömrümüzə balta çalanların,
qəbrimizi qazanların
dayağı olursan
Baltalarını, bellərini saplaya-saplaya.

Ey çörəkpulundan ötrü fahişəlik edən qadın
Ayaqların çiyinlərdə mələk oldu,
özün mələk ikən fahişə
Ayaqların ayağa qalxıb,
özün də ayağa qalx
Gücünü, ehtirasını toplaya-toplaya.

Ey Bakı arağı içən şair
Bütün Bakı araqlarının içi eynidi fahişələr kimi
Bütün fahişələrin içi eynidi siyasətbazlar kimi
Yenə nə ümid verib sənə
onlar-goplaya-goplaya.

Ey eksnarkoman molla
İndi sənin bazarındı
yırğalanır çiyinlərdə
cənazələr beşik kimi
Fatihə oxuma, layla de, layla
Gəlirini hesablaya-hesablaya.

ŞƏHİD ANASI NAİLƏ AXUNDOVA ÜÇÜN

O, əsgər yollananda
Arxasınca əllərin su atmışdı ay bacı
O şəhid yollananda
Arxasıyca gözlərin su atmışdı ay bacı
O əsgər yollananda, o şəhid yollananda
Arxasıyca əllərin yelləndi bayraq kimi
Qarşında baş əyirəm, əllərindən öpürəm

Onsuz da ürəyimin yağı əriyir, bacı
Al apar ürəyimi o məzara şam olsun
Ziyarətə gəlmişəm, əllərin Kəbəm olsun
Qarşında baş əyirəm, əllərindən öpürəm

Mən çoxdan qurumuşdum
Anaların göz yaşı bir də göyərtdi məni
Indi kədərdən, dərddən bolca bar gətirmişəm
Başım daim aşağı
Qarşında baş əyirəm, əllərindən öpürəm

Sən oğul böyütmüşdün
O həm səni böyütdü, həm Vətəni böyütdü
Daha bu qara torpaq min il böyüdər onu
O da qara geyinib şəhidlərə yas tutur
Sən qara geyiminlə qara torpaq kimisən
Qarşında baş əyirəm, əllərindən öpürəm

Bilsin milyon manatliq ayı saxlayan kəslər
Sənin bircə kəsinti dırnağına dəyməzlər
Indi gör ki o əllər necə müqəddəsdilər
Qarşında baş əyirəm əllərindən öpürəm

ANA

Neçəsini öldürmək istədim
Gözlərimin önünə gəldin
Dözmədim üzuləcəyinə
Neçəsinin qanını satın aldın,
Nə yaman varlısan,aana.

Oğullarını evli-eşikli etməlisən,
qızını köçürməlisən
Baxma qaradı baxtın,
Qızıldı vaxtin
Nə yaman varlısan ,aana

.Əllərin əkində-biçində
-tozda, torpaqda, mal təzəyində
Pul əl çirkidi deyiblər
Nə yaman varlısan aana.

Doğmalarına uğur diləyirsən bir ayrı cür
Ölülərinə ağı deyirsən bir ayrı cür
Düşmənlərinə qarğış eləyirsən
-və hətta söyürsən bir ayrı cür
Sinənin altında söz xəzinəsi
Nə yaman varlısan, aana.

Əllərinin içi qabar-qabar,
üstü damar-damar
Həyatın nəbzindən tuturmuş kimi
-tutmusan peyin vedrələrinin qulpundan
Mənim sənə qaytardığım oğulluq borcu-
bir vedrə peyinə dəyməz
Nə yaman varlısan,aana.

Bölmənin digər xəbərləri

21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
20 Noyabr 2017 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 Xəstəxanaya qaldırılan Kəmalə Müzəffər danışdı
09 Noyabr 2017 Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illiyi qeyd olunub
07 Noyabr 2017 Xalq artistinin rus qadından olan oğlunun - Fotosu
03 Noyabr 2017 Aşıq musiqimizdə yeniliyə imza atıldı-FOTO
03 Noyabr 2017 Toyda müəllifdən icazəsiz mahnı oxuyan müğənnilər həbs ediləcək –Nazirlər Kabinetindən qərar
30 Oktyabr 2017 Xalq artisti Rafiq Hüseynov Almaniyada vəfat edib
19 Oktyabr 2017 Misirdə 4 min il yaşı olan taxta heykəl tapıldı – FOTO
18 Sentyabr 2017 “Sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim” - Amaliya Pənahova
14 Sentyabr 2017 Aşıq Ədalət dünyasını dəyişdi
12 Sentyabr 2017 Türklər "Qarabağ"a rep bəstələdi
11 Sentyabr 2017 Mövsümü "Leyli və Məcnun"la açacaqlar
06 Sentyabr 2017 "Örkən doğanaqdan keçəcək bir gün" -Sahib Mayıloğlunun şerləri
27 Avqust 2017 “Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş
25 Avqust 2017 Mübariz Tağıyevə ağır itki üz verib
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.