Xəbər lenti

kemalemuzeffer.jpg
Mən ölsəm də, çəkiliş meydançasında, səhnədə öləcəm. Heç bir qüvvə məni səhnədən ayıra bilməz.

 Bu sözləri Kult.az-a səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən əməkdar artist Kəmalə Müzəffər bildirib. Aktrisa səhhəti ilə bağlı açıqlama vermək istəməsə də, baş verənlərin onun işinə heç bir halda təsir etməyəcəyini bildirib:

“Bir müddət dincəlmək istəyirəm. Hər kəsdən rica edirəm, məni anlasınlar. Bu barədə danışmaq istəmirəm. Danışdıqca pis oluram”.

Əməkdar artist əlavə edib ki, hazırda çəkilməkdə olduğu ATV kanalında yayımlanan “Ögey ana” serialındakı rolu davam edir və çəkilişlərə qatılır:

“Məni heç bir qüvvə səhnədən, çəkiliş meydançasından ayıra bilməz. Əlbəttə ki, serialımız davam edir. Belə də olacaq. Mən ölsəm, çəkiliş meydançasında öləcəm. Mənim üçün narahat olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib. Onun “Vicdan haqqı” serialından müəyyən səbəblər üzündən ayrılmasından sonra tənqid edildiyinə görə stress yaşadığı deyilir.
Sozcu.az

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.