Xəbər lenti

xxxzzzz.jpg
Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

APA-nın məlumatına görə, dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir “Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” əsasında təşkil olunub.

Gecədə Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Ağasadıq Gəraybəylinin həyat və yaradıcılığını əhatə edən sərgi, sənətkarın rol aldığı filmlərdən kadrlar göstərilib.

Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərinə diqqət çəkib.

Nazir müavini qeyd edib ki, Ağasadıq Gəraybəyli ömrünün sonuna qədər sənət sevgisini, teatr təəssübkeşliyini qoruyub saxlayıb: “Ağasadıq Gəraybəyli o nadir sənətkarlardan biridir ki, 1940-cı ildə əməkdar artist adını almadan birbaşa xalq artisti fəxri adına layiq görülüb. 1930-50-ci illərdə böyük sənətkarımız görkəmli dramaturqların əsərlərində çox dəyərli obrazlar yaradıb, bizim milli kinomuzun formalaşmağında vacib töhfəsini verib. Ağasadıq Gəraybəyli sənətkar kimi özünə qarşı böyük tələbkar, ətrafdakılara münasibətdə hər zaman örnək idi. O, konfliktlərdən uzaq, sözünün yerini bilən, hər zaman ağsaqqallıq missiyasını axıra qədər ləyaqətlə daşımağı bacaran insan idi”.

A. Gəraybəylinin nəvəsi, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, sənətkarın 120 illik yubileyi çərçivəsində bir çox tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Mərasimdə eyni zamanda Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini özündə əks etdirən səhnəcik, “Müfəttiş” tamaşasından parça və musiqi nömrələri təqdim olunub.

Yubiley tədbirinin rejissoru və ssenari müəllifi əməkdar artist Firudin Məhərrəmov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Qeyd edək ki, Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Bölmənin digər xəbərləri

27 Yanvar 2018 Aktyor işdən çıxarıldı — TEATRDA QARŞIDURMA
27 Yanvar 2018 "Dilənçi qardaş" - Mətləb Məmmədoğlunun şerləri
22 Yanvar 2018 Sərxan Carçının “Bir kəndin repressiyası” adlı kitabının təqdimatı keçirilib
18 Yanvar 2018 Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı çapdan çıxıb
10 Yanvar 2018 "Borçalı" Cəmiyyəti Dədə Camalı andı
10 Yanvar 2018 Tanınmış aşıq vəfat etdi
05 Yanvar 2018 Sərxan Carçının müəllifi olduğu “Bir kəndin repressiyası” adlı kitab çapa hazırdır
01 Yanvar 2018 Flora Kərimova xəstəxanaya yerləşdirildi
31 Dekabr 2017 Azərbaycanın xalq artisti vəfat etdi
27 Dekabr 2017 Polat Alemdar "Kurtlar Vadisi"nin efirə dönəcəyi tarixi açıqladı (VİDEO)
25 Dekabr 2017 Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib
03 Dekabr 2017 BÜTÖV AZƏRBAYCAN - ŞER
01 Dekabr 2017 Əslən azərbaycanlı aktyor Bakıda: 50 illik həsrət
21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
20 Noyabr 2017 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 "Ey dözümlü qardaş!" -Bəxtiyar Hidayətin şerləri
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.