Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asiq1.jpg
Azərbaycan musiqisi tarixində ilk dəfə olaraq Borçalı Cəmiyyətinin və Qars Sərhəd boyları Dərnəyinin birgə layihəsi əsasında Borçalı Aşıq məktəbinin iki nümayəndəsinin ifasında səslənən bir parçaya  Türkiyənin "Kök media" şirkəti tərəfindən klassik qərb musiqisinin sintezi ilə xüsusi klip hazırlanıb.
Sozcu.az xəbər verir ki,Noyabrın 3-də saat 14-30 da Beynəlxalq Mətbuat Mərkəzində Türkiyəli və Azərbaycandan olan sənətçilərin  və mütəxəssislərin iştirakı ilə "Saz və dünya musiqisi" adlı həmin klipin təqdimatı baş tutub. Təqdimat mərasimini giriş sözü ilə açan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli layihənin önəmi və gerçəkləşməsi haqda məlumat verərək Aşıq musiqimizin tarixində ilk dəfə olaraq belə bir hadisənin baş tutmasını həm də üç ölkə - Azərbaycan, Türkiyə və Gürcüstan xalqları arasındakı münasibətlərin daha da sıxlaşmasına xidmət etdiyini vurğulayıb.
Sonra söz klipin müəllifi və rejissoru Hakan Kılıç klipin ərsəyə gəlməsi haqda iştirakçıları məlumatlandırıb. Klipin həmmüəlliflərindən olan Qars Sərhəd Boyları Dərnəyinin sədri Muhərrəm Yıldızın Türkiyədə Borçalı haqda düşüncələr haqda çıxışı da maraqla qarşılanıb. Sonra mərasim iştirakçıları qarşısında klipin nümayişi baş tutub. Alqışlarla müşayiət olunan klip haqda tanınmış folklorşünas alim Elxan Məmmədli, Azərbaycan Aşıqlar Birliyinin katibi Altay Məmmədov, qocaman aşıq Mahmud Məmmədov, tanınmış gürcü bəstəkarı Mişa Mdinaradzi , sənətçi Elçin İmanov,  Təzadlar qəzetinin baş redaktoru Asif Mərzili, Aşıq Pəri inciləri məclisinin sədri Pərvanə Zəngəzurlu, şair Fəridə Ləman, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Aşıq Cahangir Quliyev , Aşıq Tərmeyxan, mərhum Aşıq Ədaətin övladı Fərid Nəsibov və başqaları öz düşüncələrini paylaşaraq klipin yaradıcı heyətinə uğurlar diləyiblər.
Təqdimat mərasiminin sonunda klipdə səsələnən musiqinin sözlərinin müəllifi Güllü Eldarqızı, klipdəki musiqi parçasının ifaçıları çıxış edərək bütün iştirakçılara və əməyi olanlara təşəkkürlərini bildiriblər. Mərasim "Tərlan balam" aşıq mahnısının canlı ifası ilə sona çatıb.
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asiq3.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asiq4.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asiq5.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asiq6.jpg
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_asiq0.jpg

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.