Xəbər lenti

sahibmayil.jpgSozcu.az saytı tanınmış şair Sahib İbrahimovun (Mayıloğlu) şerlərini təqdim edir: 

ÖRKƏN DOĞANAQDAN
KEÇƏCƏK BİR GÜN

Zaman üzümüzə gülüb keçmədi,
Qurd kimi dişini qıcadı bizə.
Örkən doğanaqdan keçər deyirdim,
Örkən doğanaqdan gəlib keçmədi.
Analar nahaqdan doğubmuş bizi!

                * * * *

Zaman öz atını çapdı dördnala,
Yaxşıya baxmadı,pisə baxmadı.
Tutub cilovunu darta bilmədik,
Kimsə bulandırdı suları başdan.
Çox dözdük,bircə gün duru axmadı.
Analar nahaqdan doğubmuş bizi!

                 * * * * 

Dünya dən eləyib üyütdü bizi,
Qatıb çirkabına iyitdi bizi.,
Axı kimlər belə böyütdü bizi?!
Nə üçün özümüz ola bilmədik?!
Şərin öhtəsindən gələ bilmədik?!
Yurdu yağılardan ala bilmədik?!
Analar nahaqdan doğubmuş bizi!

                 * * * *

Örkən doğanaqdan keçəcək bir gün,
Haqsızlar haqqını alacaq bir gün,
Hələ ağır-ağır günlər gələcək,
Hələ ağır-ağır illər gələcək,
Hələ fağır-fağır yaşayacağıq,
Yuxulu həyat da sürəcəyik biz.
Yenidən başlaya bilsək həyata
Milləttək əbədi var olacağıq.

* * * * 

Örkən doğanaqdan keçəcək bir gün,
Hər kəs öz tökdüyün içəcək bir gün.
Belə yaşamağa davam eləsək,
Qəflət yuxusundan dura bilməsək,
Biz öz haqqımızı ala bilməsək,
Analar nahaqdan doğubmuş bizi!

KİMDİR YARAMAZ

Sən şərin nökəri,mən haqqın qulu,
Kim doğru yoldadır qoy bu el desin.
Mənim bu vicdanım qəbul eləmir
Müəllim yaltaqlıq çörəyi yesin.
Otur soyuq başla fikirləş bir az,
Mənmi yaramazam,sənmi yaramaz?

              = = = = = 

Mən elin dərdini dilə gətirib
Aləmə yayıram sağaltmaq üçün,
Yaltaqlıq eləyib haqqı danırsan
Beşgünlük firavan yaşamaq üçün.
İnsan da bu qədər olarmı qanmaz?
Mənmi yaramazam,sənmi yaramaz?

               = = = = =

Gələn hər başçıya yaltaqlıq edib
Xalqın tələblərin pərdələyirsən.
Bəs necə vicdanın qəbul eləyir
Kəndin su problemi yoxdur deyirsən?!
Ziyalı deyilən bu ruhda olmaz,
Mənmi yaramazm,sənmi yaramaz?

          = = = = = 

Ay elin haqqını pərdələyən kəs,
Sən məni nə üçün hədələyirsən?
Bu elin haqqını kim qorusun bəs?
Acgöz başçıları tərifləyirsən.
Yaramazı başa çıxarmaq olmaz!
Mənmi yaramazam,sənmi yaramaz?

              = = = = = 

Utan tutduğun bu əyri işlərdən,
Mən belə çörəyi yemərəm vallah.
Millət artıq bezib xəyanətlərdən,
Xainin bəlasın qoy versin Allah.
Saxtakardan müəllim,direktor olmaz!
Mənmi yaramazam,sənmi yaramaz?

AY KASIB

Ciblərin təmizdir vicdanın kimi,
Qalmayıb yaşamaq halın,ay kasıb.
Hamı qurban kəsib bayram eləyir,
Səninsə olmadı pulun,ay kasıb.

              = = = =  =

Nə pay verən oldu,nə maraqlanan,
Nə də bu halını düşünüb qanan,
Bu ölkədə varmı halına yanan?
Qəm yemə,sağ olsun canın,ay kasıb.

       = = = = = =

Yəqin belə qalmaz gərdişi-dövran,
Hər şeyi yoluna qoyar Yaradan,
Onda yaşamağa yaranar imkan,
Olar sənin də imkanın,ay kasıb.

Bölmənin digər xəbərləri

27 Yanvar 2018 Aktyor işdən çıxarıldı — TEATRDA QARŞIDURMA
27 Yanvar 2018 "Dilənçi qardaş" - Mətləb Məmmədoğlunun şerləri
22 Yanvar 2018 Sərxan Carçının “Bir kəndin repressiyası” adlı kitabının təqdimatı keçirilib
18 Yanvar 2018 Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı çapdan çıxıb
10 Yanvar 2018 "Borçalı" Cəmiyyəti Dədə Camalı andı
10 Yanvar 2018 Tanınmış aşıq vəfat etdi
05 Yanvar 2018 Sərxan Carçının müəllifi olduğu “Bir kəndin repressiyası” adlı kitab çapa hazırdır
01 Yanvar 2018 Flora Kərimova xəstəxanaya yerləşdirildi
31 Dekabr 2017 Azərbaycanın xalq artisti vəfat etdi
27 Dekabr 2017 Polat Alemdar "Kurtlar Vadisi"nin efirə dönəcəyi tarixi açıqladı (VİDEO)
25 Dekabr 2017 Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib
03 Dekabr 2017 BÜTÖV AZƏRBAYCAN - ŞER
01 Dekabr 2017 Əslən azərbaycanlı aktyor Bakıda: 50 illik həsrət
21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
20 Noyabr 2017 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 "Ey dözümlü qardaş!" -Bəxtiyar Hidayətin şerləri
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.