Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_metlebm1.jpg
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Mətləb Məmmədoğlunun yeni şerlərini təqdim edirik:


BALA


Haram yeyənlərin bil ki balası
Vallah haramzada olacaq bala
Qənim kəsiləcək elə obaya
Dərd olub canlara dolacaq bala

***
Harda haram olsa varam deyəcək
Vurub sinəsinə mənəm deyəcək
Haram qazanacaq haram yeyəcək
Əyrilik canında qalacaq bala

***
Namərdin heç zaman qazanı dolmaz
Yaxşı dost verdiyin üzünə vurmaz
Bil yemək dostundan sənə dost olmaz
Dar gündə aradan çıxacaq bala

***
Halal zəhmət ilə qazan yarat qur
Qəlbindən qəlblərə qoy ələnsin nur
Sən elə arxalan elə arxa dur
Yıxılsan əlindən tutacaq bala

***
Mətləbəm sözümü deyirəm sizə
Həyatda həmişə sökənin düzə
Yaradan ömürü borc verib bizə
Bir gün verdiyini alacaq bala

Qoymayın

İgidlərim nə yatmısız oyanın
Tapdalanır namus vicdan qoymayın
Bu qədər sərvətin varın içində
Ac yalavac veririk can qoymayın

***
Nigarandı vətənimiz elimiz
Aman allah, qısınc olub dilimiz
Doğma vətənimdə doğma evimiz
Olub bizə soyuq zindan qoymayın

***
Başda oturubdur xalqı əyənlər
Xalqın sərvətini satıb yeyənlər
Boğazdan yuxarı "vətən" deyənlər
Olub bizə yağı düşmən qoymayın

***
Məmmədoğlu mat qalmışam özüm də
Vətən dərdi yuva salıb gözümdə
Neçə ildir əlim qalıb üzümdə
Özəlləşib Azərbaycan qoymayın.

Bu nə gündür Azərbaycan ?

Namərdlərin dövranıdır
Suyu başdan bulandırır
Qazan xanın Beyrəklərin
Başın gücnən dolandırır.
Gizir oğlu Dəli Həsən
Dərd içində itib batır
Alparuzlar Yalıncıqlar
Sərvətini edir talan
Bu nə gündür Azərbaycan?

***
Neyləyək ki halal-hümmət
Sərvətimiz əldən gedir
Allah haqqı Allah verən
Qismətimiz əldən gedir.
Namus qeyrət abır həya
İsmətimiz əldən gedir
Düşünürəm səhər axşam
Dərdlərinə yoxdur dərman
Bu nə gündür Aərbaycan?

***
Ehtiyacın sərt əlində
Doğma yolun insan azır
Doğma qardaş qardaşına
Dost dostuna quyu qazır.
Qazanc üçün ər arvadın
Kafe-bara yola salır
İtib xətir itib hörmət
Tapdalanıb şərəf vicdan
Bu nə gündür Azərbaycan?

***
Ölüm gəlib dayanıbdır
Qaş ilə göz arasında
Yazıq millət naçar qalıb
Kül ilə göz arasında.
Beş-on adam bölüşdürüb
Sərvəti öz arasında
Yediyim-içdiyimiz
Boş xəyallar yağlı yalan
Bu nə gündür Azərbaycan?

***
Gecə gündüz "Vətən" adlı
Dərd kök atır canımıza
Saxta hörmət rüşvət yalan
Tuğyan edir qanımızda.
Düzəlmərik şeytan kimi
Oynaz yatır yanımızda
Yaradan da yaddan çıxıb
Bazarda satılır "Quran"
Bu nə gündür Azərbaycan?

***
Yoxsullara məzlumlara
Doğma evi məzər olub
İndi bildim dünya dönüb
Özü boyda azar olub.
Hansı yana üz tutdumsa
Açıq-aşkar bazar olub
Vətən qəhri çəkməyənlər
Vətən üçün verərmi can?
Bu nə gündür Azərbaycan?

***
Arvad ərə hökm edir
Əldə çomaq əldə paya
Ağsaqqalı ağbirçəyi
İndi salan yoxdur saya.
Yaxa açıq qarın çöldə
Modalaşıb abır həya
İnsan azıb Haqqın yolun
Bu nə zaman bu nə dövran
Bu nə gündür Azərbaycan?

***
Haqqın səsi haqsızların
Vicdanın heç oyatmır
Aldığımız qəpik-quruş
İki kisə una çatmır.
Axı necə dolandırsın
Əkən əkmir doğan doğmur
Qalmayacaq bircə kasıb
Qırılacaq - budur "pılan".
Bu nə gündür Azərbaycan?

***
Qeyrətsizlər şərəfsizlər
Qeyrətinə qara yaxdı
Görən nə vaxt oyanacaq
Qarabağın qara baxdı.
Vətən-vətən bağıranlar
Satmadımı Qarabağı
Satan satdı alan aldı
Alacağa varmı güman?
Bu nə gündür Azərbaycan?

***
Tanrı bizdən üz döndərib
Başımıza kül ələnir
Anaların naləsindən
Yerdə göydə silkələnir.
Qız-gəlinlər orda-burda
"İş" axtarıb pay dilənir
Necə dözüb necə durur
Niyə olmur dünya viran?
Bu nə gündür Azərbaycan?

***
Bu haqsızlar dövranında
Bəlkə həyat özü çaşıb?
Allahından qorxmayanlar
Azğınlaşıb həddin aşıb.
Naziri də hakimi də
Mollasıda dəllallaşıb
Səni candan sevənlərə
Sən olmusan soyuq zindan
Bu nə gündür Azərbaycan?

***
Boğulmuşuq haqsızların
Nadanların girdabında
Məmmədoğlu kədər axır
Bu millətin damarında.
Qınasazda deyəcəyəm
"Muzdur düz dur" dövranında
Nə etsələr söyləsələr -
Baş əyirik deyirik: can.
Dözəcəyik hər zülümə
Biz ki dözümlü millətik!
Azərbaycan Azərbaycan.




Bölmənin digər xəbərləri

21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
20 Noyabr 2017 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 "Ey dözümlü qardaş!" -Bəxtiyar Hidayətin şerləri
13 Noyabr 2017 Xəstəxanaya qaldırılan Kəmalə Müzəffər danışdı
09 Noyabr 2017 Akademik Milli Dram Teatrında Ağasadıq Gəraybəylinin 120 illiyi qeyd olunub
07 Noyabr 2017 Xalq artistinin rus qadından olan oğlunun - Fotosu
03 Noyabr 2017 Aşıq musiqimizdə yeniliyə imza atıldı-FOTO
03 Noyabr 2017 Toyda müəllifdən icazəsiz mahnı oxuyan müğənnilər həbs ediləcək –Nazirlər Kabinetindən qərar
30 Oktyabr 2017 Xalq artisti Rafiq Hüseynov Almaniyada vəfat edib
19 Oktyabr 2017 Misirdə 4 min il yaşı olan taxta heykəl tapıldı – FOTO
18 Sentyabr 2017 “Sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim” - Amaliya Pənahova
14 Sentyabr 2017 Aşıq Ədalət dünyasını dəyişdi
12 Sentyabr 2017 Türklər "Qarabağ"a rep bəstələdi
11 Sentyabr 2017 Mövsümü "Leyli və Məcnun"la açacaqlar
06 Sentyabr 2017 "Örkən doğanaqdan keçəcək bir gün" -Sahib Mayıloğlunun şerləri
27 Avqust 2017 “Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır” - Ququş
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.