Xəbər lenti

azermedeny.jpgÖtən gün Rusiyanın “Telekafe” televiziya kanalında “Sən gəlməz oldun” musiqisi fonunda lavaş, kətə, təndir çörəyi və Azərbaycan mətbəxinə məxsus digər nümunələr erməni mətbəxi kimi təqdim edilib. Həmin veriliş 2014-cü ildə hazırlanıb və ötən gün yenidən yayımlanıb. Verilişin aparıcısının da erməni milliyətindən olduğu məlum olub.

Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bildirib ki, ermənilər zaman-zaman Azərbaycanın milli mətbəx və digər mədəniyyət nümunələri ilə bağlı iddialar səsləndirib, lakin həmişə uğursuzluğa düçar olublar:

“Ötən ilin 28 noyabr - 2 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin Efiopiyada keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “İncə çörək hazırlama və paylaşma mədəniyyəti: Lavaş, qatırma, yupka, yufka” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan ermənilərin iddiaları tamamilə əsassızdır və eyni zamanda “Telekafe” kanalında yayımlanan həmin proqramın 2 il bundan qabaq hazırlandığını nəzərə alsaq, ermənilərin bu iddiaları aradan qalxmış olur. Azərbaycanın zəngin mətbəxi var və bu mətbəx nümunələri Mədəniyyət və Turizm Nazirliyi, digər dövlət qurumları, o cümlədən Azərbaycanın peşəkar aşpazları tərəfindən ölkə xaricində mütəmadi təbliğ olunur”.

“Sən gəlməz oldun” musiqisinə gəlincə isə, V.Şıxəmmədov bildirib ki, bu, dünyada kifayət qədər məşhur olan və beynəlxalq tədbirlərdə səslənən bir musiqidir: “Musiqinin müəllifinin Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyev olmasına dair heç bir şübhə yoxdur. Yəni hər kəs musiqinin kimə aid olduğunu bilir”.

Bölmənin digər xəbərləri

27 Yanvar 2018 Aktyor işdən çıxarıldı — TEATRDA QARŞIDURMA
27 Yanvar 2018 "Dilənçi qardaş" - Mətləb Məmmədoğlunun şerləri
22 Yanvar 2018 Sərxan Carçının “Bir kəndin repressiyası” adlı kitabının təqdimatı keçirilib
18 Yanvar 2018 Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı çapdan çıxıb
10 Yanvar 2018 "Borçalı" Cəmiyyəti Dədə Camalı andı
10 Yanvar 2018 Tanınmış aşıq vəfat etdi
05 Yanvar 2018 Sərxan Carçının müəllifi olduğu “Bir kəndin repressiyası” adlı kitab çapa hazırdır
01 Yanvar 2018 Flora Kərimova xəstəxanaya yerləşdirildi
31 Dekabr 2017 Azərbaycanın xalq artisti vəfat etdi
27 Dekabr 2017 Polat Alemdar "Kurtlar Vadisi"nin efirə dönəcəyi tarixi açıqladı (VİDEO)
25 Dekabr 2017 Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz" adlı musiqili konsert proqramı təşkil edib
03 Dekabr 2017 BÜTÖV AZƏRBAYCAN - ŞER
01 Dekabr 2017 Əslən azərbaycanlı aktyor Bakıda: 50 illik həsrət
21 Noyabr 2017 “Vicdanın varsa, sus...” - Floradan Zeynəbə ağır sözlər
20 Noyabr 2017 “Rasim Balayev 1300 manat təqaüd alır...” (AÇIQLAMA)
20 Noyabr 2017 “Nar bağı”nın yeni uğuru
20 Noyabr 2017 Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat
18 Noyabr 2017 Rasim Balayev: “Bu qədərini gözləmirdim...” - Yeni
18 Noyabr 2017 Nazirlikdən Rasim Balayev açıqlaması
13 Noyabr 2017 "Ey dözümlü qardaş!" -Bəxtiyar Hidayətin şerləri
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.