Xəbər lenti

ilyastapdiq.jpg
Şair İlyas Tapdıq vəfat edib. APA-nın xəbərinə görə, bu barədə kulis.az-a şair Ayaz Arabaçı məlumat verib.

O bildirib ki, İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib. 82 yaşlı şair ürəyindən müalicə olunub.

Şairin kürəkəni Kamandar Eyvazlının sözlərinə görə, İlyas Tapdıq dekabrın 26-da Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunacaq.

Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

Bölmənin digər xəbərləri

18 Yanvar 2017 “Recep İvedik 5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarıldı – video
17 Yanvar 2017 “Sənətkarlarımızın əksəriyyəti simasız və qorxaqdır” - Tahir İmanov
16 Yanvar 2017 Erməni KVN-çilərin təxribatı baş tutmadı
13 Yanvar 2017 Opera və Balet Teatrında 15 nəfər işdən çıxıb
09 Yanvar 2017 Nazirlikdən Rusiya kanalındakı erməni iddialarına – CAVAB
06 Yanvar 2017 Brilliant Dadaşova həyat yoldaşı ilə -FOTO
27 Dekabr 2016 Ramiz Əzizbəyli çəkiliş meydançalarına qayıtmayacaq
26 Dekabr 2016 Mehriban Əliyeva Ağaxan Abdullayevin vida mərasimində
25 Dekabr 2016 Ağaxan Abdullayev burda dəfn olunmağı vəsiyyət edib
22 Dekabr 2016 Xalq artisti Muxtar Maniyev vəfat edib
19 Dekabr 2016 Mehman Tağıyev: “Burda verilməyən dəyəri orda gördüm”
15 Dekabr 2016 Rəşid Behbudovun 100 illiyi qeyd olunub
15 Dekabr 2016 Meyxana deyib, 8 manat alırdım... - Alim
06 Dekabr 2016 “Həddən artıq uyğunluq” filminin təqdimatı keçiriləcək
05 Dekabr 2016 Alim Qasımov: “Bəzən efirə baxanda əsəbiləşirəm, kanalı çevirirəm”
27 Noyabr 2016 Bakıda “Kərkük Gecəsi” keçiriləcək
27 Noyabr 2016 Bəxtiyar Hidəyətin yeni şerləri: “Qanunu it kimi güllələyirlər”
24 Noyabr 2016 Gəncə məktəblisinə hədiyyə
21 Noyabr 2016 Fəxrəddin Manafovdan Meral Konratın sözlərinə - Reaksiya
17 Noyabr 2016 Ağsu məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şimal rayonlarına yola düşüblər
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.