Xəbər lenti

elsennbvvnvnvn.jpg  Elşən Əlisoy 

Azərbaycanda demokratiyanın və siyasi institutların formalaşmasına ən böyük əngəllərdən biri də , "sədrə sədaqət" adlanan anormal bir anlayışdır. Nizamnamənin bəlli zaman üçün seçdiyi şəxslərin ətrafında "sədaqət" adlı ziyanlı bir sistem formalaşdırıb, müddətli seçilən sədrləri əbədi "kral" edib, onların ətrafında "tabu" formalaşdırılır. Bundan sonra isə tabunu pozanlar az qala "vətən xaini" və "agent" adlandıra bilirlər. 

Sədaqət. vətənə, millətə, dövlətə, ailəyə və uğrunda mübarizə apardığın ideyaya olar. İstər nizamnamə ilə, istərsə də konstitusiya ilə müəyyən müddətə seçilmiş şəxslərin ətrafında "sədaqət" tabusu yaradırsansa, sən artıq diktaturanın formalaşmasında iştirakçısan. Özlərinin əslində səmimi düşüncələri ilə bəzilərini toxunulmaz və tənqid edilməz şəxslərə çevirənlər yaratdıqları təhlükəli durumun fərqində olmalıdırlar.

Dövlətin və ya təşkilatın idarəçiliyində hamılıqla iştirakın təmin edilməsinə çalışmaq lazımdır. İdarəçilik tək ələ keçərsə bu çox pis vəziyyət yaradacaq. "Sədrə sədaqət" anlayışı təqlidçilikdir, bu şəxslərin düşüncəsini əzir. Bəzən haqlı fikrini tənqid olduğu üçün təzyiqlərə düçür olacağını bildiyin üçün söyləmək imkanın olmur, düşüncələrin hələ doğmamış ölməyə məhkum olur. Tənqid olmayan yerdə inkşaf olmaz!

Təqlidçilik insanı düşünməkdən məhrum edib "sənin yerinə o düşünür" anlayışını ortaya qoyur. Buna göə də çox zaman insanlar siyasi proseslərin nəticələrini, hansı hadisənin nəyə görə baş verdiyini və sonda nə ilə qutaracağını düşünmədən sadəcə bəlli şəxslərin fikirlərinin icraçılarına çevrilirlər, Sonda isə məsuliyyəti daşıyacaq adam olmur. Fanatlaşmış insanlar ümumiyyətlə məsuliyyət anlayışından uzaqdırlar. Onlar bütün hallarda məsuliyyəti liderlərinin formalaşdırdığı "rəqiblər"in boynuna qoymağa vərdiş ediblər.
b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_eeeree.jpg

Azərbaycan xalqı cəmiyyət olaraq düşünmədiyi və cəmiyyət olaraq söz sahibi olmağa çalışmadığı müddətdə normal dövlət qura bilməyəcək. Nə vaxta qədər ki, millət olaraq istər hakimiyyətdə, istərsə də təmsil olunduğumuz təşkilatlarda 1 nəfərdən aslı olan tək hakimiyyətliliyin müdafiəçisi olacağıq, demokratiya bizim üçün əlçatmaz olacaq. Bütün tabuları yıxmaq və hansısa şəxsin yox, XALQIN söz sahibi olmasına nail olmaq lazımdır. İllərdir ki, təşkilatların başında dayanan, alternativlərinə düşmən kimi baxan , təşkilatdaxili intiriqalar salaraq, təşkilatda "parçala hökm sür " siyasəti formalaşdırıb. tək liderliyini saxlamaq üçün təşkilat üzvlərini lazım olanda üz-üzə qoyanların müdafiəçilərindən demokratik dövlət gözləyənlər ancaq ağılsız və siyasi anlayışı olmayan adamlar ola bilər.

Demokratik dövlət qurmaq istəyiriksə, düşüncəmiz dəyişməlidir. Hər kəs düşüncəsinin sahibləndiyi idarəçilik formasına uyğun təşkilatlarda təmsil olunmalıdır. Monarxiya idarəçiliyinin tərəfdarları gedib düşüncəsinə görə olan təşkilata üzv olmalı və ya o təşkilatı qurmalıdır. Demokratiya tərəfdarları da demokratik düşərgədə olmalı və fikirdaşları ilə birgə öz yollarını yürüməlidilər. Demokratiya tərəfdarlarının başına monarxist düşüncə sahiblərini gətirmək və demokratiyanın nə olduğunu bilməyənlərin ali orqanlarda təmsil olunmalarına şərait yaratmaq demokratiya davasını diri-diri torpağa basdırmaq deməkdir.

Dəyişək -  nə istəyirik deyə düşünərək özümüz qərar verək. Düşüncələrimizlə təklikdə qalaq və ideya baxımından hansı düşərgəyə mənsub olduğumuzu qərarlaşdırıb, o düşərgəyə üz tutaq. Əgər "KRAL" tərəfdarıyıqsa, DEMOKRATİYA TƏRƏFDARLARINI, "SƏN ONU NİYƏ TƏNQİD ETDİN, BUNU ONDAN YAXŞI BİLƏCƏKSƏN" deyib ömürlərini yeməyək.

Hər kəs daşıyıcısı olduğu idarəçilik formasını konkretləşdirsin və yolunu düşüncələrinə uyğun yolla getsin!

Azərbaycanda isə gec-tez demokratik cəmiyyət mövcud olacaq!

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.