Xəbər lenti

vvvv.jpgMəhəmmədəli İbrahimli

İdman ölkəsi olan Azərbaycanımızın 2 qat Dünya çempionudur Sənan Əliyev.

Sənan Əliyev getdiyi hər bir yarışda ağlında yalnız bir fikri üstün tutaraq vuruşmuşdur – Azərbaycanlı məğlub olmamalıdır. Bu amalla da heç bir döyüşündə məğlub olmamışdır. İdmançını döyüşçüdən ayıran xüsusiyyətləri budur - istək, əzm.

Amma döyüşçünün bu günününə baxdıqda heç də hər şeyin ona layiq olmadığını görürük. Sənan sağ tərəfinin iflic keçirməsi nəticəsində günü gündən ağırlaşan xəstəliyi ilə vuruşmaq məcburiyyətindədir. Amma görünür ki, düşdüyü bu vəziyyətdə imkansızlıqdan, aidiyyəti qurumların ona göstərdiyi laqeydlikdən daha çox onu bu vəziyyətdə tək qoyan çoxluğu milli düşərgənin təşkil etdiyi ətrafının tək buraxmasıdır.

Keçirdiyi bütün döyüşlərdən gələn gəliri öz klubunda imkansız ailələrə, şəhid övladlarına, Milli Qəhrəman ailələrinə, məhbus övladlarına pulsuz məşqlər keçmək üçün xərcləmişdir.
Xatirələrini bölüşərkən iki xüsusiyyətinin şahidi oldum. Düşmənə nifrət və xalqına olan sevgisi. Bir dəfəsində yolla gedərkən soyuq havada üşüyən bir evsizə kurtkasını verməsi, tələbələrinin idmana gəlməsi üçün öz hesabına nə qədər idman geyimləri alması, Sənanın öz xalqına olan sevgisinin, milliyətçi ruhunun böyüklüyünü göstərirdi. Amma bu sevgi ilə yanaşı onun bir amalı var. Adama bir erməni öldürək.

Sənan haqqında çox şey danışmaq olar. Amma indi sıra bizim nə edəcəyimizdədir. Bu vəziyyətdə Mirzə Ələkbər Sabirin Hop-hopnamə kitabının necə çap edilməsi yadıma düşür. Bəs biz niyə qəlbi vətən sevgisi ilə döyünən bir dünya çempionumuza sahib çıxa bilmirik? Sənanla görüşümdə deyirdi ki, düşdüyü bu vəziyyətdə belə müharibə olacağı təqdirdə ən öndə vuruşmağa hazırdır. İndi sizdən soruşuram bəs biz niyə döyüşmürük? Çempion kimi gəldiyi yarışlarda ən özəl qonağı kimi qarşılayan millət vəkilləri hardadır? Hər zaman idmana xüsusi qayğıdan danışan Gənclər və İdman Nazirliyi hara baxır? Hər bir zaman öz millətinə sahib çıxmaqdan danışan toplumumuz niyə yoxdur? Heç birimiz döyüşçümüzün dərmanlarının alınmasına, düzgün müalicə olunmasına köməklik edə bilmirikmi?! “İdman ölkəsi” kimi qəbullandığımız ölkəmizdə nə səbəbdən Sənan kimi vətənpərvər döyüşçülərimiz baxımsızlıqdan, imkansızlıqdan, dərmansızlıqdan əziyyət çəkməlidir?

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.