Xəbər lenti

hhhhdhdhdh.jpg
Həsən Qulizadə 

Hərdən düşünürəm, həqiqətənmi biz belə idik? Elə o vaxt bu vaxtmı belə vəfasız, belə ehtiyyatlı olmuşuq? Hər şeyə laqeyd yanaşıb, həyatımıza təsir edəcək qədər mühüm məsələlərə belə heç bir önəm vermirik. Niyə axı? Əgər biz həmişə köhnə insanlarımızla fəxr edib, hər fürsət də "köhnə kişilər" deyib, onları "yerə-göyə" sığdırmırıqsa,deməli "biz beləyik", əslində isə,biz belə olmamışıq...

Üstündə çox fikirləşib, düşünülməsi gərəkən bir vəziyyətdəyik. O qədər bir-birimizdən qopub, kənar düşmüşük ki, hətta burax yadları, heç doğmalardan belə xəbərimiz olmur bəzən. Məgər, yer üzərində qonşuya, qohuma, dosta, yoldaşa bizim qədər önəm verən, hörmət bəsləyən bir mentalitetə hansi millət məxsusdur? Hər nə qədər gecə-gündüz bu başı bəlalı mentaliteti tənqid edib, bəyənməyənlər olsada, orada elə "qanun"lar var ki, hətta inandırım sizi, örnək götürdüyünüz millətlərin ən savadlıları belə, o "qanun"ları eşidəndə, yaxşı mənada heyyrətə gəlirlər. Biz deyilmiydik dünənə kimi Rusiyadan gələn, hər hansısa birinin "orada qapı bir qonşular, bir-birlərini tanımır" deməsinə təəccüb edən? Necə ola bilər deyə düşünən? Axı biz öz yaxın qonşularımızın məhləsinə, öz evimiz kimi daxil olan, nə lazımdırsa çəkinmədən istəyən bir millətik. Nəyin ki, tanımamaq.

Nə qonşuluqdan, nə qohumluqdan yazmaq fikrim var. Sadecə özümüzü itirmişik. Kimlə bu barədə danışsam, hamı eyni sözləri deyir. "Hamının özünün problemi var". "Hərə özünü bir təhər dolandırır". Əlbəttə ki, sosial vəziyyətimizin ağır olduğunu görməzdən gəlmək olmaz. Başa düşüləndir ki, insanlarda köhnə günlərdəki əhval-ruhiyyə qalmayıb. Ola bilər. Ancaq yenədə bu qədər yadlaşmağın səbəbi bu ola bilməz. Bizə daima dostunuzu, yoldaşınızı dar gün də sınayın deyirlər. Bəlkə elə özümüz,millətimiz dar gün də sınanılır? Belə çıxır ki, biraz çətin vəziyyəti düşən kimi bir-birimizi atacayıq? Axı "köhnələr" belə olmamışdı. Guya onların dərdi, problemi olmamışdı? Yoxsa indiki cəmiyyətdən daha çox savadlı, elmli idilər? Sözsüz ki, yox. Sadecə daha çox xarakterli idilər, o qədər.

Bir tələbə intihar etdi. Təhsil ödənişinə görə. Kim bilir, bəlkə də öz dostlarının yanında utanmasın deyə, bəlkə də başqa səbəbdən. Və geridə bu vəziyyətdə olan yüzlərcə tələbə buraxdı. Ölümü ilə onları gündəmə gətirdi. Oxuya bilmir dedi tələbələr. Gücləri çatmır, imkanları yoxdur deyə hayqırdı. Amma yenə heç kim ayılmadı. Yenə hər kəs yükləndi dövlətə, Təhsil nazirliyinə, ona-buna...Heç olmasa, gəlin bir fond yaradıb, sms-ləmi, və ya başqa bir yollamı nəsə edəyin, bu imkansız tələbələr üçün deyəndə olmadı. Axı kim deyəcək? Hazır bir-iki cümlə höküməti tənqid edib, yola verdik getdi...

Bu ölkə də zənginlər, imkanlılar da var. Onlarda azərbaycanlıdır. Necə ki, ilk qiz litseyi açan Hacı Zeynələbdin Tağıyev kimi. O da varlı idi. Minlərcə uşaq oxutdururdu. Savadlı olsun istəyirdi Azərbaycanın gənçliyi. Gənçlik gələcəkdir deyirdi. Daha doğrusu bilirdi. Ancaq nə qədər adam oxutdursada yenə bacarmadı. Onun imkanları "nəvələri", "nəticələri" burax bir məktəb açmağı, bir tələbə belə oxutmağı düşünmədilər,istəmədilər. Bəs nə ilə yadda qalacaq bu adamlar? Bir yerə yiğılanda nə barədə danışır görəsən bu insanlar? Nə düşünürlər, nəyi müzakirə edir görəsən bizim zəngin biznesmenlərimiz? Heç görəsən Tağıyevi tanıyırlarmı? Onun həyat hekayəsini bilirlərmi? Kasıblarla maraqlanmadıqları dəqiqdir. Ancaq H.Z Tağıyev ki, kasıb deyil. Heç olmasa onunla maraqlansınlar. Bəlkə nəsə həvəslənib, ondan ilham aldılar...
Minlərcə tələbə oxutmağa imkanı olan şəxslər, heç olmasa bir tələbə də olsa oxudun. Inanın ki, bu pis şey deyil, əksinə, alqışlanacaq addımdır. Adınızın hallanmasından narahatsınızsa bunu gizlidə etmək olar. Problem deyil. Yetər ki, siz bu barədə düşünün...

 

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.