Xəbər lenti

rufatmuradli2.jpg
Rüfət Muradlı

6-cı gündür ki, qonşu İranda etiraz aksiyaları davam etməkdədir. Ölkənin ikinci şəhəri sayılan Məşhəddə əsasən kredit borclularının başladığı iddia edilən bu aksiyalar artıq ölkənin bütün nöqtələrində davam etməkdədir. Prezident Ruhaninin 2013 və 2017-ci ildə yenidən seçilməsilə yeni iqtisadi dönəm elan edilsə də son beş ildə ölkə ciddi iqtisadi sorunlarla üz üzə qaldı. İranda demək olar ki, hər ay qiymətlərin bahalaşması haqda, eləcə də maliyyə sektorunda ciddi korrupsiyalar haqda məlumat alırdıq. 5 il öncə Ruhaniyə səs verən seçicilər həm də "üsulgəra- mühafizəkar" namizədlər müqabilində onun qərblə dil taparaq İrana qarşı embarqo və təzyiq siyasətinə son qoyacaqlarına ümid edirdiər. Amma nisbi iraliləyişlər olsa da gözlənilən əsaslı sonuclar baş vermədi. Durum isə daha də kəskinləşdi. Məşhəd etirazları sanki əhalinin daşan səbrini biruzə verməsi üçün bir fürsət oldu. Amma getdikcə etirazların mahiyyəti özünü iqtisadi istəklərdən siyasi tələblərə, hətta hökumət əleyhinə ağır siyasi ittiham və şüarlara verdi. Aksiyaçılar ölkənin ciddi iqtisadi sərvətlərinin talanması ilə bağlı hakimiyyət təmsilçilərini suçlamaqla bərabər İranın Livan Hizbullahına və Fələstinə illərdir etdiyi yardımlara da təpki göstərdilər. Məhz İranı ağır embarqolar müqabilində ayaqda saxlamağı bacaran neft pullarının hara xərclənməsi də etirazçıların ittihamlarını təşkil edirdi. Aksiyaçılar təkcə Ruhani dönəmində neftdən gələn təxminən yarım trilyon dollarlıq gəlirin ölkə əhalisinin rifahına sərf edilməsi yerinə Yaxın Şərqdaki terror ocaqlarının bəslənməsinə istifadə edilməsindən də qəzəblidirlər. Statistik məlumatlara görə İranda rəsmi işsizlik səviyyəsi 12% civarında göstərilir. Rəsmi məlumatlarda ölkə əhalisinin 20% -ə yaxını yoxsulluq səviyyəsindən aşağı qeyd edilir.. Aksiyaların əsas hərəkətverci hissəsini təşkil edən gənclərin isə ölkə əhalisinin 30% ni təşkil etməsi durumun ciddiliyini daha da artırır. Aksiyaların üçüncü günündən etirazların daha da kəskinləşərək "Xamaneyiyə ölüm!" şüarları həddinə çatması da fikrimizdə haqlı olduğumuzu göstərdi. İnqilab rəhbərinin olaylara 6 gün susqun qalması isə çoxları üçün mübhəm görünsə də bu gün o da səssizliyini pozdu və baş verən etirazlara görə İiR quruluşu düşmənlərini suçladı. Məhz bu gündən etibarən artıq etiraz aksiyalarına Dini rəhbərə bağlı olan Bəsic qüvvələrinin müdaxiləsi haqda xəbərlər almaqdayıq. 2009-cu ildəki prezident seçkilərində əhaliyə qarşı amansızlığı ilə seçilən bu qüvvələrin meydana daxil olması gözlənilən tələfatın daha ağır olacağı haqda anons verməkdədir. Digər tərəfdən daim mühafizəkar duruş sərgiləyən və İran iqtisadiyyatında önəmli mövqeyə malik olan Tehran Bazarı da Xameneyinin açıqlamasından sonra elan etdiyi aksiyasını təxirə saldı. Xameneyinin bəyanatının ABŞ prezidenti D.Trampın İrandakı aksiyalara dəstək tvitindən sonra verildiyini nəzərə alsaq bundan sonrakı olayların daha ağır müstəviyə daxil olacağını proqnoz etmək olar. 

Bəzi siyasi analitiklər bu gün baş verənləri 1979-cu il inqilabı ilə də müqayisə etməyəçalışırlar. Nəzərdən qaçırmaq olmaz ki, 40 il öncənin İranında fəqrli siyasi qruplar fəaliyyət göstərirdi və ortada Fransada Şah rejiminə qarşı ciddi mesajlar verən bir dini lider mövcud idi. Bugünkü İranda nə siyasi institutlar , nə də siyasi lider yoxdur. Ən son siyasi alternativ kimi ortaya çıxan Mirhüsyn Musəvi və Mehdi Kərrubinin uzun zaman ev dustaqlığı yaşadığına şahid olduq. Bir sözlə prosesin xaotik məcraya getməsi də istisna deyil.
Baş verənlərin İranın dörd bir nöqtəsində məskunlaşan və ölkə əhalisinin hardasa yarısını təşkil edən soydaşlarımız üçün nə kimi sonucları ola bilər? Şübhə yoxdur ki, bh gün Məşhəddə ya İsfahanda yaşanan iqtisadi sorunlar Azərbaycan ostanlarında, ya əhalisinjn yarısı türkmolan Tehranda daha qabarıq şəkildə özünü göstərir. Amma soydaşlarımızın iqtisadi sosial sorunları ilə yanaşı bir də milli haqlar sahəsində də uzun illər qalanan problemləri mövcuddur. O problemlər ki, nə Pəhləvilər dönəmində, nə də İslam Respublikası zamanı hakimiyyət onların həllini istəmədi. Yəqin ki, bu gün də istənilmir. Milli haqlarına biganə olmayan soydaşlarımızın 2009-cu ildəki Yaşıl Cərəyana münasibətini də yaxşı xatırlayırıq. Düşünürəm ki, Güney Azərbaycanın İrandakı son olaylara reaksiyası da məhz praqmatik müstəvidə davam etməlidir. 8 il öncə baş verənlər soydaşlarımız üçün ciddi təcrübə sayıla bilər. Soydaşlarımızın milli haqları əzilən digər xalqlarla paralel və kordinativ şəkildə səhnədə olması daha məqbul görünə bilər. Bütün inqilabların hərəkətverici qüvvəsi olub sonucda öz primitiv milli haqlarını belə ala bilməmə statusundan imtina etmək vbu gün vacib görünür. Mövcud İran demokratikləşməlidir. Amma demokratikləşməyə gedən yol həm də milli haqların təmin edilməsindən keçməlidir. Amma ölkədəki mövcud siyasi quruluşla bu prosesin baş verməsi mümkündürmü?!.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.