Xəbər lenti

vvvv.jpgMəhəmmədəli İbrahimli

Yeni tariximizə baxdıqda qanlı səhifələrlə dolu olduğunu görməmək mümkün deyil. Hər zaman kimlərinsə pusqusuna düşürülmüş, özünü yaranmış vəziyyətdən çıxarmağa çalışan xalq olmuşuq. Daima rus, fars, erməni və bunların simaları altında gizlənmiş digər dövlətlərlə müharibə, mübarizə şəraitində olmuşuq. Bəzənsə, bunları özümüz gücləndirmiş və qarşımızda bizi tanıyan bir düşmən formalaşdırmışıq. Yaşadığımız dövrlərdə hər daim müdafiə vəziyyətində durmuşuq. Qisa bir özət keçim:

Xəzər dənizindən Hind okeanına kimi uzanan 3,5 milyon kvadrat kilometrlik ərazidən əlimizdə qalan nədir? Vətənin hər qarışı müqəddəsdir. Bəzi səbəblərdən bu torpağa hakimliyimizi qəbullanmırıq.

Ən qızğın mübarizədə olduğumuz erməniləri göstərək:

Mübarizə yolumuz nədir? Dolma ilə mübarizə apardığımızımı fikirləşirik. Adicə dolma deyək və bununla nələr itirdiyimizə bir baxaq. UNESCO-nun son toplantısında dolmanın bizim olduğu sübut olundu sözsüz buna azca da olsa sevinirik ki, artıq ermənilərin “dolma” ya haqq tələbi qalmayacaq.

Amma nəyi itirdik?

Nəzərimizdən qaçırdığımızı UNESCO sadəcə bizə “dolma”-nı vermədi əlimizdən “köçəri” rəqsini aldı. Bizim mübarizəmizdə buna bənzəyir hər daim bizim olanın mübarizəsini aparırıq və nələrisə hər zaman itiririk. Bütün bu yaşananların, soyqırımların fonunda bizdə özümüzün qəbul etmədiyimiz bir psixologiya formalaşıb. Daima özümüzü zəif millət hesab edirik və düşmənimizi böyüdürük. Bu dövlətlər içərisində Ən güclüsü hər daim erməniyə sahib çıxmış Rusiyadır.

"Rusiya – dünyanin yarısını tutub, onlarla baş-başa gəlmək mümkün deyil", "Qarabağ məsələsi Rusiyanın razılığı ilə həll oluna bilər", "heyf deyildi rusun dövrü istədiyimiz yerə gedib gəzə bilirdik". "Hər il “ptofka”mızı verirdi. Sənədsiz zadsız gedirdik istədiyimiz yerdə gəzib gəlirdik". "Biz balaca dövlətik, Rusiyaya qarşı nə eliyə bilərik?!" kimi cavab gözləmədiyimiz suallarla əlbəttə ki, Rusiyaya qarşi heçnə edə bilmərik. Çünki bu fikirlər bizə yalniz bir düşüncə formalaşdırır. Biz heç kimik! Amma bir dəfə belə olsun özümüzə sual vermişikmi ki, biz kimik? Bir dəfə olsun qorxmadan cəsarətlə düşünmüşükmü ki, Rusiya kimdir?

Rusiyanın güc mənbəyi və boşluqları mövcuddur. Güc mənbəyi saydığımız cəhətinə baxaq. Sözsüz ki, bu agenturasının böyüklüyüdür. SSRİ zamanından belə hər kəsin gözündə bir KQB qorxusu mövcud idi. Bu da onun böyüklüyünü göz önünə gətirir. Amma bu böyüklüyün əsas səbəbi bizim onun böyük görməyimiz idi. Sözsüz ki, addımbaşı izləmələri olan bir quruma kiçik demək düzgün deyil. Amma onun apardığı siyasətin əsasını öz böyüklüyünü göz önünə gətirmək durursa, bu o qurumun böyük olmadığını göz önünə qoyur. Əslində bununla tək agenturanın deyil, ölkənin boşluğunu göz önünə qoymuş vəziyyətdə olurlar. Bu ölkəni uçuruma aparan boşluq deyilmi? Tərkibinə qatdığı millətlərin Rusiyanın güclü olmadığını bilməsi bu ölkənin çölüşünə gətirməzmi? Deməli axtardığımız məhz elə budur. Rusiyanın özünü hegemon dövlət olaraq göstərməsi.

İndi isə gələk Rusiyanın digər bir yürütdüyü siyasət növünə: Parçala və hökm et!
Bu məqsəd rus agenturasının qarşısında duran ən vacib ikinci bir məsələdir. Rus hökmranlığı görmüş hər bir dövlətin eyni talehi yaşadığını çox asanlıqla sezmək mümkündür. Bu parçalanmanın əsas işartilarını “yerlibazlıq” və “azərilik”-də görmək çətin deyildir. Yürüdülmüş siyasəti çox sadə bir amillər kimi göz önünə gətirə bilərik. Amma bəli özünə “azəri” deməməyinlə və öz bölgənlə fəxr edib digərlərini aşağı görməməyinlə Rusiyaya qalib gəlmək mümkündür. Rusiyanın qorxduğu da məhz budur. Ruslar əslində çox qorxaq siyasətə malikdirlər. Bəzilərimiz ən böyük döyüşlərdən qalib gələn bir dövlətin fikirləşdiyimiz qədər zəif olmadığını deyə bilər. Əslində olan isə bu qalibiyyətin banisi kimi Rusiyanı görməyimizdir. Rusiya daima digər gücləri özününkü kimi göstərməyi bacarmışdır.
1683-1699-Rusiya-Osmanlı müharibəsi.

Çoxları Rusiyanın Azakı ələ keçirməsi ilə nəticələndiyini fikirləşir və qalib sayır. Amma bu belədirmi? Ruslar təkbaşına nəyəsə nail ola bilərlərmi? Əlbəttə xeyir. Ruslar qarşısında diz çökdüyü Osmanlıya qarşı gəlmək üçün ən düzgün zamanı gözlədi və Müqəddəs İttifaq ölkələrinə qoşuldu . Budur artıq Rusiya qalib sayılır. Amma səbəbi təkcə onun ittifaqa girdiyi ölkələrdir. Gələk digər bir müharibəyə-ikinci dünya müharibəsi. Hər kəsin Rusiyanı qalib saydığı döyüş (SSRİ anlayışı burada yox olmuş vəziyyətdədir). Amma səbəbi nə idi qalib gəlməyin?

-1944 6 iyun ABŞ, Kanada və Böyük Britaniya qoşunları Normandiyaya daxil olur və ikinci cəbhə açılır. Eləcə də bu sıraya qalibiyyətin əsas səbəbkarı qəhrəman xalqımızın 95% neft tələbatını ödəməsidir. Bunu qarşı tərəf alman ordusunda baş vermiş neft çatışmazlığından meydana gələn məğlubiyyətlərdə görmək mümkündür.

Baxaq digər bir amilə. Rusiya hər zaman xalq hərəkatlarından qorxmuşdur. Səbəbi də əvvəldə qeyd etdiyimiz kimi daxilində olan millətlərin çoxluğudur. İlk öncə SSRİ-nin dağılması məsələsinə baxaq. Hər kəsin bir fikri vardı. SSRİ heç zaman çökməz. Niyə çökməsin? Çökməməyinə bir səbəb varmı hansı bir güc xalq amilindən daha üstündür?Elə deyildisə niyə ökdü? Elə deyildisə, niyə 70 minlik ordusunu Azərbaycandan çıxardı? Cavab çox sadədir. Heç bir hakimiyyət, dövlət , təşkilat xalqın mübarizəsinin önündə tab gətirə biləcək gücə malik deyil

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.