Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_qasann.jpgHəsən Quluzadə

Bu gün ölkə də kimdən soruşsan Azərbaycanın müsəlman ölkəsi olduğunu təsdiq edər. Hər nə qədər müsəlman olaraq Islam dininin şərtlərindən uzaq yaşasaq da,heç kim bu amillərə görə özünü qeyri müslim sanmaz. Üstəlik onca günah etməsinə baxmayaraq yenə də etdiklərinin yanlış olduğunu,əslində etməməli olduğunu,inancımıza görə qadağan olduğunu qəbul edər və təsdiqləyər. Əslində bu biz də fitrətdən gələn bir şeydir. Yəni bizə heç kim Allahın varlığından ,kitabından ,peyğəmbərindən danışmaz desək yalan olmaz. Ancaq hamımız uşaqlıqdan namazı da,orucu da,halalıda,haramıda bilərik. Və üstəlik bütün bunların yaxşı bir iş olduğuna da şübhə etmərik. Qısacası bu biz də formalaşaraq,əzbər kimi ağlımıza həkk olunub. Elə əsl problem də işin burasından başlayar. Əzbər kimi olmasından...

Sözsüz ki, ölkə də dinini dəyişən, heçnəyə inanmayan insanlar da var. Ancaq bir çox hallarda buna səbəb inançlı, amma bir o qədər də nəyə inandığının fərqində olmayan "dindar"lar olur. Bəzən görürük ki, hansısa bir ateisti yolundan döndərməyə çalışan inançlı birisi, ona elə şeylər danışırki adam eşidib heyyrətə gəlir . Düşünürsən ki,o heçnəyə inanmayan adam,bu adamın dediklərinə inanıb,qəbul etməkdənsə elə bu cür qalsa bəlkə cəmiyyət üçün daha faydalı olar...Digər tərəfdən isə həmin o cəfəngiyyatı danışan adamı düşünürsən. Istər-istəməz ağlın onun danışdıqlarında qalır. Ağlın orda qalıb düşünürsən ki, bu insan necə olub ki,bunlara inanıb? Və ya bunlara onu kim inandırıb? Axı danışdığı,dedikləri ağla,beyinə,normal düşüncəyə,hətta biraz aşağı səviyyəli düşüncə tərzinə belə ziddir. Ancaq necə olur ki, o,bütün bunlara şəkksiz,şübhəsiz inanıb?!

Sözsüz ki,nağılların dinin içərisinə daxil olması başa düşüləndir. Çünki dinin gerçəyində ilahi möcüzələrin varlığı bilinəndir. Ancaq bunların zaman keçdikcə şişirdilib, əfsanələrə çevrilməsi hazırda yaranan qarışıq və anlaşılmaz vəziyyətə gətirib çıxardıb. Əslində yüz illər öncə baş vermiş hadisələrin günümüzə qədər fərqli forma da gəlib çıxması da qəribə deyil. Bu da bir növ başa düşüləndir. Ancaq əsl problem insanların eşitdiyi hər şeyi inanıb, qəbul etməsidir. Və üstəlik bütün bunlara "iman etdik" deyərək müxtəlif dəlilləri ortaya qoymasıdır. "Eşitdik itaət etdik" anlayışı dinin təməl qaydalarından olmasını da yaxşı bilirəm.Lakin eşitdiyinin nə olduğunu umursamazcasına araşdırmadan qəbul etmək səni daha fəsadlı yollara sürükləyə bilər. Ki,bunun bugün ki gün də böyük örnəkləri,nümunələri vardır. Dediyim kimi, məni ən çox narahat edən problem insanların normal da mənfi mənada ən kəskin reaksiyanı verməli olduğu məsələlərə,necə olur ki,adı bir şeymiş kimi qəbul edib dəstəkləməsidir..Niyə bu insanlar bəzən özlərinə belə qəribə və gülünc gələn söhbətlərin əksinə çıxmağa cəsarət etmirlər? Heç burax əksinə çıxmağı, özlərini zordan buna qəbul etdirirlər. Hətta qəbul etmək istəməsələr belə "günahdı" şübhəsini özlərinə atıb,məcbur eşitdikləri ilə barışmalı olurlar.

Bütün bunların baş verməsində ən başlıca səbəb insanlarımızın kifayyət qədər savadlı olmamasıdır.Ancaq tək səbəb əlbəttə ki, bu deyil. Səbəb kimi yalnız bu nüansı göstərsək həm yanılarıq,həm da çox sadə bir üsul olar. Problemin əsl kökünü bilmək üçün mütləq daha dərinlərə enmək, daha başqa tərflərdən baxmaq lazımdır.Çünki "Nağıllar Əqidəsi"ndə olan insanların sayı beş-on nəfər deyil. On minlər,yüz minlərdir. Bunların hamısına "savadsızsınız" demək doğru çıxmır. Içərlərin də kifayyət qədər savadlı və dünya görüşlü insanlar var. Bəs o zaman nədir əsl problem? Niyə bu insanlar ağla,məntiqə zidd olan şeyləri "bu, din də var" deyən kimi dərhal qəbul edib inanırlar? Bunun yalnız və yalnız bir səbəbi var.O da qorxaqlıqdır...

Bəli, toplum olaraq düşünməyi bizə o qədər təhlükəli göstəriblər ki, insanlar özlərinin şəxsi düşüncələrini söyləmək də çətinlik çəkirlər. Hətta nəinki düşüncələrini deməkdə çətinlik çəkirlər,bəzən özlərinin bir düşüncəsi,fikri,təfəkkürü olduğunu belə unudurlar. "Palaza bürün eldən sürün" ideyasını şuur altımıza elə peşəkarlıqla pərçimləyiblər ki, kənara çıxana eşq olsun! Elə bəhs etdiyim o qorxaqlıq da bundan ibarətdir. Niyə axı hər kəs eşitdiyinə inanmaq məcburiyyətindədir? Əlbəttə ki, deyil. Məsələn bəzi insanlar var ki,onlar o cəsarəti özlərində toplayıb, bu axarın içərisin də axıb getmirlər. Amma bu onlar üçün heç də ucuz başa gəlmir. Bəzən bütün hər kəsi qarşısına ala bilirlər.Ailəni,dostu,qohumu hər kəsi. Hətta bir anlıq "çönübdür" damğasını da yeyirlər . Ancaq öz həqiqi düşüncəsin də və ya başqa bir deyimlə desək gerçək də olan öz əqidəsini tapa bilirlər . Bütün bu çətinliklərin müvvəqəti olduğu da bir həqiqətdir. Lakin yenə də hər kəs bunu bacara bilmir. Istəyən,cəhd edən qurtulub canını qurtarır, geri də qalanlar isə o axarda yox olub gedirlər .

Deməli fikir verin sırf bir adamla razılaşmadın deyə, başına gör nələr gəlir. Özdə razılaşmadığın adam,sözün əsl mənasında ağzına nə gəldi danışanın biridir. Və sırf ayıbdır deyə səsini çıxarmamalısan və üstəlik onunla razılaşmalısan.

Yəni ki,sakit durmaq da bəs razılaşmalısan. Əksi təqdirdə "qanın getdi". Bu hallar rayonlar da,kəndlər də daha acınacaqlı vəziyyətdədir. Çünki oralar da fəaliyyət göstərən mollalar,axundlar elə bir makamdadırlar ki, nə badə onlarda səhv tutub onların sözünü iki edesən.Bilirsən sənə nə edərlər? Heç kimin təssəvvür edə bilməyəcəyi zərbələri vura bilərlər sənə. Inanın ki,şişirtmirəm. Məsələn hansısa bir tədbirdə hər hansısa bir mollanın fikri ilə razılaşmayıb,ona etiraz etsən səhəri günü o molla kəndin bir-iki axsaqqalı ilə sizdədirlər.O insanın valideyinlərini ,valideyinləri yoxsa əmilərini ,dayılarını hər kəsi səfərbər edib sənin üstünə atarlar. Sırf onunla razılaşmadın deyə səni bütün ətrafa ən qorxulu varlıq kimi təqdim etməkdən çəkinməzlər. Və üstəlik bütün bunları guya səni çox istəyirlərmiş kimi, sənin həlak olmamağın üçün edirlərmiş.Deməli mən 1500 il bundan öncə yaşamış bir şəxsin iki barmağı ilə iki tonluq daşı qaldırmasına inanmadığın üçün həlak olcağam...

Bəli,bu cəmiyyətdə azad düşünmək, şəxsi qərar qəbul edib onu söyləmək bu qədər çətindir. Təffəkür anlayışı olduqca önəmli detaydır. Insanın həyata baxış mövqeyindən tutmuş bir çox məsələni doğru tərəfdən görməsinə yardım edər. Ona görədə düşünməkdən qorxmaq lazım deyil.Ən azından düşündüyünü söyləmək mütləq vacibdir. Mütləq ki,fikirlərimizin yanlış olduğu vaxtlar da ola bilər.Amma bu belə bizi düşünməkdən uzaq qoymamalıdır.

Bu gün balaca bir müsəlman ölkəsində belə neçə cür fərqli məshəb,əqidə olduğu həqiqətdir.Eyni zaman da bizim ölkəmizdə də.Bir çox ölkə də olduğu kimi bizim ölkəmizdə də,dinin elm qıtlığı var. Diqqət edin Azərbaycandakı dindarların əksəriyyəti dinini başqa ölkələrdən öyrənir. Bir qısmı türklərdən,bir qısmı ərəblərdən,bir qısmı da farslardan. Və hər biri də aşağı-yuxarı bir-birlərinə əksdirlər. Çünki hər ölkə öz din anlayışının içərisinə öz adətlərindən biraz əlavə edir. Yəni sənə dinlə qarışıq istədiyi hər şeyi qəbul etdirir. Sən də əlbəttə ki bunu dərhal qəbul edib razılaşırsan. Axı necə razılaşmayasan? Dinlədiyin adam hamının bir ağızdan "Böyük alimdir"dediyi biridir . Sənədə başqa əlac qalmır. Qısa bir misal deyim. Islam peyğəmbəri azərbaycanlı olsaydı sizcə üzərinə əba və ya o qədər enli şalvar geyinərdi? Əlbəttə ki,yox.O da biz nəyi geyiniriksə onu geyinəcəkdi. Ancaq bu gün ölkə də özünü peyğəmbərə bənzətmək istəyib,qeyri-adi şəkildə geyim tərzi olan insanlara bunu izah etmək çox çətindir. O insan ərəb olub və haqlı olaraq da öz adətləri üzrə geyinib.Yəni bunun bizə bir aidiyyatı yoxdur. Onun bizə örnək olacaq tərəfləri davranışı, əxlaqıdır. Biz normal geyimlərlə də özümüzü ona bənzətməyə çalışa bilərik. Əgər həqiqətən də,istək və niyyət budursa. Ancaq insanları buna ikna etmək çox çətindir. Hətta bəziləri tamamı ilə zahirən ona bənzəmiyi daha üstün tuturlar...

Islam dini görsənənin tam əksinə insanlara sərbəstlik,azadlıq verilməsi deməkdir. Yəni rahat olmaqdır. Hətta müqəddəs kitabda belə bu barədə bir çox dəlillər var ki, bunu sübut edir. Məslən, qədər məsələsi var. Hər kəsin başına nə gəlirsə Allahdan olduğu vurğulanır. Nə bir axund,imam,evliya və hətta peyğəmbərlər belə ölüb getdikdən sonra fani dünyada heç kəsə kömək edə bilmirlər. Kömək edən də, xeyir verən də, yalnız və yalnız Allahdır. Bunlar əslində hər kəsin bildiyi şeylər ola bilər. Ancaq əməldə bu adi məsələlərdən nə qədər uzaq düşdüyümüz ortadadır. Ölkə də yaranan müsəlmançılıq daha çox insanları kimlərdənsə asılı vəziyyətə gətirməkdən ibarət olub. Insanlarla robot kimi davranırlar. Sadə bir misalla nə demək istədiyimi izah edə bilərəm. Misal üçün,bizə öyrədilən bu olub ki, dinimizə görə yeməyə başlamadan öncə mütləq "süfrə duası" olunmalıdır. Yəni məclisdə olan onca insan kimisə gözləməlidir, yalnız o gəldikdən sonra bu duanı oxumalıdır və hər kəs yeməyə başlamalıdır. Işin ən pis tərəfi isə,orda olanların heç biri məlum şəxsin dediklərini başa düşməz,yalnız iki əlini açar sonra da üzünə çəkər vəssalam. Halbuki işin əsli nədir , Islam dininə görə bir şeyi yemədən və içmədən öncə sadecə "Bismilləh" və "Əlhəmdülilləh" demək kifayyətdir. Fikir verin ikisi arasındakı fərqə. Yəni əslində sen heç kimdən asılı deyilsən, heç buna ehtiyyac da yoxdur. Amma di gəl bunu hansısa məclis də kiməsə başa sal.Mümkün deyil. Olmaz axı, "biz bacarmarıq" bunu mütləq "bilənlər" etməlidir.Bu və buna bənzər o qədər misallar var ki,say-say bitməz. Sözsüz ki, dini bu vəziyyətə gətirəcək kifayyət qədər imkan olduğundan bu hallar yayılır və dəyişmir . Nə qədər ki, fikirləşməkdən qorxan, təffəkür anlayışından uzaq insanlar var bu belə də davam edəcək. Misalları daha da uzatmaq olar. Ancaq onlar da bir çox insanın inandığı əqidələr olduğu üçün çox qabartmaq istəmirəm. Çünki mövzu və məqsədim bu deyil. Daha çox birləşdirici və biraz da bəzi şeylərin dəyişməsi niyyətində olmaq istəyirəm.

Və qısaca hazirda ümumən, müsəlmaçılıq anlayışından nə yazıq ki, kifayyət qədər uzağıq. Dindar olub dindən uzaq olmaq çox acınacaqlı haldır. Bu elə bil hər kəs Islamı ortaya qoyub onun ətrafında firlanır. Vəziyyət eynən bu cürdür...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.