Xəbər lenti

vvvv.jpgMəhəmmədəli İbrahimli

Sözümü qədim bir Türk deyimi ilə başlamaq istədim - "Türk yatarkən,onu  oyandırana başbuğ deyilər." "Türklük"ideyası başlanğıcını Azərbaycandan aldığı kimi, bu milləti oyandıran öndərlər də bu diyardan çıxıb. Bu öndərlərin içərisində ən sonuncusu SSRİ zülmündən qurtulmaqda əvəzsiz öhdəlikləri olan, bütün xalqı oyadaraq İran, Rusiya, Çin kimi hegemon dövlətlərlə baş-başa gələn dahi şəxsiyyət Əbülfəz Elçibəydir. BƏY hər zaman öz ideoloji savaşı ilə getdiyi yolun dərinliyini hər kəsə hər zaman sübut etmişdir. Bu yazıda Elçibəyin hər bir dövrə aid ola biləcək deyimlərindən olan -“azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz” kəlamınının böyüklüyündən danışılacaq.

Çoxları Əbülfəz Elçibəyi Kələkiyə gedişiylə günahlandırır, kimlərsə biraz da irəli gedərək, tək başına 34-cü otaqla qos-qoca SSRİ-yə qarşı çıxanı qorxaq adlandırır. Amma BƏYin bir düşüncəsi var idi. BƏY xalqını azadlığın simvolu olan bir xalq olaraq qiymətləndirirdi. Bu sözsüz belə idi. Çünki Azərbaycan xalqi 1989-cu il "dünyanın ən mübariz xalqı" adını almışdır. Ancaq BƏY öz daxilindən ona gələcək zərbələri fikirləşməmişdi. Əslində bunda günahlandırmaq olardı ki, niyə bu insanlarla işbirliyi içərisində olub və ya bunlara o səlahiyyəti niyə verib? Cavabı çox sadədir, əlimizdə olan bunlar idi! BƏY bütün bunları nəzərə alaraq Kələkiyə getməyə məcbur olmuşdur . BƏY xalqı vətəndaş müharibəsinə çəkmək istəyənlərin oyunlarını pozaraq vəzifəsindən imtina etmişdi və BƏY bilirdi ki, yeni bir güc lazimdir, bu güc də gənclər idi. BƏY gəncləri öz ətrafina alıb azad bir cəmiyyət qurmaq istəyirdi. Ancaq nə oldu? Yenədə rusun əlaltıları və milli satqınlarımızın əli ilə yenidən dövlətin başına keçməyinə imkan verilmədi. BƏY bu gedişləri ilə bizlərin gözünü açdı, bir çoxlarının simasını göstərdi. BƏY bizə düzgün yolu necə gedəcəyimizi göstərdi. BƏY bu yolda kvas kürü düşüncəsindən kənara çıxa bilməyən yaşlı nəslin artıq arxa plan olduğunu göstərdi.

Qul – sadəcə qanunsuzluqlar içərisində yaradilmiş qanunlar daxilində həyat sürən pozğun psixologiya fərd.

Bəs bu qul necə azad olmalı?

Məsələnin iki yolu var:birinci yol, ağasını başqa bir ağa ilə birləşərək sıradan çıxartmaq. Bununla sözsüz o, özünü inqilab etmiş bir şəxs kimi görəcək. Amma burda bir sual yaranır, niyə başqa ağa bu qula öz ağasını sıradan çıxartmağa kömək etsin? Çünki, ağaya qul lazımdır. Ağaya “qanuni” şəkildə öz kölələrini manqurtlaşmaq lazımdır. Bizim də vəziyyətimiz bundan ibarət deyilmi? Çox sadə döngü ilə bunu izah etmək olar. Ölkədə bir qrup "milliyətçi" liberalizmə qarşı açıq-aşkar kömək edir.  Bu bir qrup "liberal" toplum separatizmin ölkəmizdə sütunlarının qoyulmasına səfərbər olmuş vəziyyətdədir. Separatçı qüvvələrsə, İrəvanın əmrləri ilə rusdan qorunmaq üçün Avropa əmrlərinə itaət edir. Başqa bir qüvvə Avropanı özünə kömək götürür. Bu cür bir oyunun içində biz sadəcə yeni bir ağanın gəlişinə kömək etmərikmi? Başqa bir nüansa bu ağaların açıq-aşkar düşmənlərimizin arxa bağçası olaraq türk dünyasi arasında əlaqənin yaranmamasına çalışmasıdır. Bizim bu oyunun içinə qatmalarına 2 səbəb ola bilər. Oyunu bilməmələri, ya da özlərinin oyunçu olması. Fikirləşmək olarmı 5 min illik dövlət strukturu olan,100 illik cümhuriyyət yaşamış bir xalqın formalaşmış insanı bu oyunu bilməsin? Düzdür bu oyunu bilməyən sadəcə gözlərini açmaq istəməyən kütlədir. Amma yalnız kütlə...!

Kütlə-qulun azad olmasının ikinci bir yolu da vardır. Ağasını öz gücü ilə sıradan çıxartmaq. Bu həm də asan yoldur. Çünki istənilən ağa öz gücünü köləsinin əməyindən və gücündən qazanır. Qulu nə qədər güclüdürsə, ağası da bir o qədər güclü olacaq. Amma bir şeyi ağalar unudurlar:Qul çox güclü olsa, o öz azadlığını qazanmaq üçün ağasını, başqa ağaları və hər kəsi öz qarşısına alar və azadlığını qazanar.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.