Xəbər lenti

akifnagisek.jpgAkif Nağı

“Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin”. Bu kəlamı Qurani-Kərimin “İsra” surəsinin 24-cü ayəsindən gətirdik. Bu tənə fasiqlərə, şəxsi rahatlığını hər şeydən, o cümlədən Allahımızın, Dinimizin tələblərindən üstün tutan şəxslərə ünvanlanıb. Allahın kəlamını, Quranın tələblərini, Peyğəmbərin yolunu hər şeydən, ən yaxın və əzizlərindən üstün tutan insanlar olmasaydı, fasiqlər və digər eybəcər məxluqlar qalib gələrdi və onda nə Dinimiz, İmanımız, nə də özümüz olardıq.

Bu gün Qarabağın azadlığı Allahın, Quranın bizim qarşımızda qoyduğu tələbdi. Qarabağın azadlığı yolunda çalışan Allah yolunda çalışır. Qarabağı azad edə bilməyən millətə Allahdan rəhm yoxdu! Biz Qarabağın azadlığı işini, Qarabağı hər işimizdən, hər şeydən öndə tuta bilirikmi? Xeyr! Qarabağ ailəmizdən, övladımızdan, ticarətimizdən, demokratiya çabalarımızdan, daxildəki və xaricdəki dostlarımızdan, yeyib-içməyimizdən, 5 manatlıq gəlirimizdən öndədirmi? Xeyr! Heç olmasa bir neçəsindən irəlidimi? Xeyr! Birindəndəmi irəli deyil? Xeyr!

Təəsssüf ki, bu belədir, Qarabağ hər şeydən sondadı. Partiya sədri, QHT rəhbəri xaricdəki dostlarının, qrant verənlərin hədəsindən, fəhlə işi itirəcəyindən, varlı pulunun azalacağından, iqtidar hakimiyyətinə təhlükə yaranacağından, müxalifət hakimiyyətə gələ bilmək üçün dəstək ala bilməyəcəyindən, ailə başçısı övladlarının ac qalacağından çəkinir. Bir sözlə, çəkinmək üçün çox şeylər var. Amma kişi odur ki, bunların heç birindən çəkinməsin, Qarabağı hər şeydən önə keçirsin. Qarabağı bu cür insanlar, Qarabağı hər şeydən üstün tutan insanlar xilas edəcək! Bu cür insanlar var, az da olsa var! Yerdə qalanlarla işimiz yoxdur, qoy şərəfsiz həyatlarını davam etdirsinlər. Mən şərəfli insanları çağırıram, canlı ölülərlə işim yoxdur, diriləri çağırıram, bir yerdə olmaq, mübarizə aparmaq və qalib gəlmək üçün çağırıram.

Sozcu.az

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.