Xəbər lenti

elsennne.jpgElşən Əlisoy

QardaşTürkiyə Cümhuriyyətində qurulan yeni siyasi təşkilatın - İYİ partiyanın qurulması qardaş ölkə ilə yanaşı Azərbaycanda da ciddi müzakirələrə səbəb oldu. İYİ Partiyanın əzasən MHP-nin bazasını parçalamaq üçün bir proje olduğunu və partiyanın qurucusu Meral Akşenərin Fətullah Gülən camaatına bağlı siyasətçi olduğunu iddia edənlərlər bərabər, qurulan yeni partiyanın Türkiyədə zərurətdən yarandığını bildirənlər də çoxluq təşkil edir. Kimini necə adlandırmasından aslı olmayaraq İYİ Partiyanın gələcəyinin uğurlu olacağı Türkiyə Cümhuriyyətində keçirilən reytinq sorğularında da özünü biruzə verməkdədir.

Meral Akşenər kimdir?

61 yaşında olan siyasətçi Türkiyə siyasətində, belə demək mümkünsə saç ağardan siyasətçilərdən biridir. Türkiyə BMM-də başqan yardımçısı olan Meral xanım, bir neçə dönəm millət vəkili olaraq parlamentdə təmsil olunub. Bundan əlavə Türkiyə Çümhuriyyətinin ilk qadın Daxili İşlər Naziri olan Meral Akşenər 2011 və 2015-ci illər də Milliyətçi Hərəkat Partiyasından millət vəkili olaraq parlamentdə təmsil olunub. AKP-nin ilk qurulması proseslərinə də Abdullah Gül və Rəcəb Təyyub Ərdoğanla birgə başlayan Meral Akşenər sonradan fikir ayrılığına görə onlardan ayrılıb.

Bunları sadalamaqda məqsədim Meral Akşenəri tanıtmağa çalışmaq deyil. Sadəcə olaraq demək istəyirəm ki, İYİ Partiya lideri təsadüf siyasətçi yox, siyasi mübarizələrdə böyük yol keçmiş bir liderdir.
merelkk.jpg
Meral Akşenəri Möhsün Yazıçoğlu zərurətinin davamı da hesab etmək olar.

Türkiyədə AKP-nin qurduğu təkpartiyalı hakimiyyətin uzun ömürlü olması və seçkilərdə AKP-yə müxalifətdə olan siyasi partiyaların ard-arda ciddi məğlubiyyətə düçar olmaları müxalifətin cəmiyyətdə ciddi nüfuz itkisi ilə üz-üzə qalmasına səbəb oldu. Hakimiyyətdə qalmaları üçün Konistitusiyanı öz istəyinə uyğun dəyişdirməkdən belə çəkinməyən AKP hakimiyyəti getdikcə dikdatura qaydalarına meyillənərək müxaliflərinə qarşı davamlı basqılar həyata keçirməyə başladı. 100-lərlə jurnalistin, elm adamlarının, hərbiçilərin həbsxanaya salınması Türkiyə cəmiyyətində AKP-yə qarşı ciddi bir hərəkatın formalaşması zərurətini ortaya qoydu. Bu dönəmdə irəli duran lider Möhsün yazıçıoğlu qısa bir zamanda xalqın sevgisini qazanaraq BBP-nin xalq arasında nüfuzunun artmasına nail olmağı bacardı. Türk-İslam sintezinə üstünlük verən , “sevgi və barış” - şüarı ilə xalqın sevgisini qazanan Möhsün Yazıçıoğlu keçirilən sorğularda ciddi nailiyyətlər qazanaraq hakimiyyətə doğru uğurla yürüməyə başladı. Çox təəsüf ki, 2009-cu il mart ayının 25 - də Kahramanmaraşdan Yozqata gedən zaman helikopter qəzasında dünyasını dəyişməsi Türkiyədə meydana çıxan yeni siyasi hərəkatın zəifləməsinə səbəb oldu.

Bir məsələni də qeyd etmək lazımdır ki, Meral Akşener kimi Möhsün Yazıçıoğlu da MHP-dən yolları ayrılan siyasətçi olmaqla bərabər, Meral Akşenərdən fərqli olaraq Möhsün Yazıçıoğlu MHP-nin qurucu lideri Alparslan Türküşlə fikir ayrılığına görə ayrılan siyasətçi idi. Möhsün Yazıçıoğlu xalqın sevgisini qazanmağı bacara bildi.

Bir çox dostlarım MHP-ni dövlətin sütunu adlandıraraq, bu gün AKP hakimiyyətinin yürütdüyü siyasətin əksəriyyətinin məhs MHP-nin təzyiqi ilə həyata keçdiyini deyirlər. Olsun! Mən də belə hesab edə bilərəm. Sadəcə olaraq normal ölkələrdə siyasi təşkilatların məqsədi hakimiyyətə gəlib özlərinin  proqramlarını - platformalarını tətbiq etməkdir. Bu gün qardaş Türkiyə Cümhuriyyətində də bizdə olduğu kimi hakimiyyət dəyişikliyinə ümidlər getdikcə ölür. İnsanlar artıq bu günki müxalifətin hakimiyyətə gələcəyinə inanmırlar. CHP bəzən düşmən safında yer alıb, MHP də AKP-nin yedəyində...

Ölmüş ümidləri diriltmək üçün isə yeni iddialı təşkilata ehtiyac yaranıb - İYİ Partiya da məhs bu faktordan yararlanaraq ciddi gücə çevriləcək.

Bundan da vacib məqam, parlament seçkilərində MHP-nin HDP ilə eyni sayda mandat qazanması oldu. Bu artıq Türkiyədə Türk milliyətçiliyinin quyunun dibinə salındığının sübutudur. Bu faciənin aradan qaldırılması üçün MHP - də güclü islahat getməli idi. Olmadı...!!

İYİ Partiyada məhşur türk milliyətçisi Koray Aydının da yer alması bu partiyanın milli bir təşkilat olacağından xəbər verir. Ən vacib məsələlərdən biri də budur ki, hələ tam formalaşmayan bu partiya indidən Türkiyə parlamentində 5 millət vəkili ilə təmsil olunur.

Qısası budur ki, Möhsün Yazıçıoğlu nə etmək istəyirdisə, Meral Akşenərə də onu etmək istəyir. Yolları və məqsədləri eyni olan bu iki siyasətçi Türk millətinin sevgisini qazanmağı bacardılar.

Arzum budur ki, Meral Akşenər Möhsun Yazıçıoğlunun son taleini yaşamasın...!

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.