Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_qenirepasuayy.jpgQənirə Paşayeva

Ötən gün gənclərlə görüşdə qızlardan biri "sizcə gerçək dost necə olmalıdır" deyə soruşdu. İllərin təcrübəsini paylaşdım onlarla.

Gerçək dost!

Arxanızca qeybət edən deyil, bunu edənlərə həddini bildirəndir. Səndən iki addım ayrı qalan kimi səni sevənlərə belə səndən qeybət edənlər dost deyil.

Gerçək dost!

Üzünə gülüb sənə quyu qazan deyil, bunu edənlərin qazdığı quyuya özlərinin düşməsi üçün əlindən gələni əsirgəməyəndir.

Gerçək dost!

Sanki uğurlarına sevinirmiş kimi görünüb amma gerçəkdə paxılllıq edən deyil. Onun uğuru mənim uğurum deyəndir.

Gerçək dost!

Sadəcə uğursuzluğun, xəstəliyin, dərdin olanda gəlib gözyaşı tökən deyil, uğuruna da sənin qədər sevinəndir.

Gerçək dost!

Sadəcə öz maraqlarını deyil sənin də maraqlarını düşünəndir.
Sadəcə öz duyğularını deyil sənin də duyğularını diqqətə alandır.

Gerçək dost!

İnsanlar içində səni qoruyandır. Nə zaman yıxılacaq deyə o günü zövqlə gözləyən deyil...

Əsl dostluq keyfiyyətlərinə sahib deyilsə o adamı çıxarın həyatınızdan. Çünki düşməndən daha təhlükəlidir belələri. Düşməninizin ən azı düşmən olduğunu bilirsiniz amma belələri arxadan kürəyinizə bıçaq vuranlardır. Daha təhlükəlidirlər.

P.S Çox azaldı gerçək dostluğun nə olduğunu anlayanların sayı... Təssüf...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.