Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_vasifdox.jpgVasif İsmayıl

Mən, Türkiyədə 11 il yaşadım. Oraya oxumağa gedəndə 17 yaşım var idi. Qayıdanda 29 yaşın içində idim.

Orada böyüdüm.

Orada kişi oldum.

İndi də davranışlarımda Türkiyənin, İstanbulun təsiri hiss edilir.

Çoxunuz Türkiyəni anlaya bilməzsiniz. Dərin, çox dərin, humanizmin ən dərin nöqtələrindən su içmiş kimsələr yaşayır orada.

Bircə 2 il əvvəl sadə türk insanının meydanda əsgərə əl qaldırdığını görəndə böyük sözlərimi bir az törpüləməli oldum.

Amma...və lakin.

Türk insanı Azərbaycanı sevir.

Türk insanı azərbaycanlını sevir.

Öz də heç bir etnik fərq gözətmədən - necə deyərlər.

Türkiyədə təhsilimin ikinci ili idi. Bəlkə də bilirsiniz, Türkiyə höküməti 5 000-dən artıq azərbaycanlı tələbəni pulsuz oxutdu. Mən də onlardan biriyəm.
Batmanlı bir qız var idi. Mikrobiologiyanın qarşısında dayanmışdıq.

"Mənim vergilərimlə oxuyursan. Səni burada istəmirik" dedi.
Qız PKK yandaşı idi.

Mən təhsilimi başa vuranda o hələ də 3-cü kursda idi.

Məktəbi qurtardığna dair heç bir məlumatım yoxdur.

Türkiyədə bizləri bəziləri sevmir. Onlar nəinki bizim, bütün türkün düşmanıdır.
Azərbaycanda da Türkiyəni sevməyənlər var.

Onlar da Azərbaycanın düşmənləridir.

Türki insanı öz vətəndaşının qanını içə bilər.

Ali məqsədlər uğrunda əlbəttə.

Amma Azərbaycan insanına heç vaxt, heç bir zaman düşmən münasibət bəsləməz.
Ehhhh...

Türk insanı elin balkan xalqlarına, bolqarına, rusuna, ərəbinə qucaq açmış xalqdır.

Hansısa qəzetçi Qarabağ klubunun "əzikliyinə" işarə edib. Lağ edib.

Xətrinizə dəydi, deyil mi?
Mənim də xətrimə dəydi.

Amma yadınızda qalsın: Türkiyədə o "batmanlı qız"lardan çox var.

Bizdə də Azərbaycan düşmənləri olduğu kimi.

Bölmənin digər xəbərləri

12 Dekabr 2017 UNESCO “dolma”-nı verib "Köçəri" rəqsini aldı
11 Dekabr 2017 Salyandakı qətl və acı gerçəklər
10 Dekabr 2017 Ərəblərin türkə xəyanətinin sonu - Qüds
08 Dekabr 2017 ISLAM VƏ BIZ...
04 Dekabr 2017 Səkkiz il yaşanan ağrı...
01 Dekabr 2017 Liberal toplum separatizmin sütunlarının qoyulmasına səfərbər olmuş vəziyyətdədir
24 Noyabr 2017 Qarabağ hər şeydən öndə...
22 Noyabr 2017 "Yalçın İmanov Kamyunun “Taun” əsəridəki həkimi xatırladır mənə..."
21 Noyabr 2017 "Hüseyn Cavid yaradıcılığında İslam həmrəyliyi"-Sərxan Carçıyev
14 Noyabr 2017 Azərbaycanlılar belə çökdürülür – MKİ-nin planı
12 Noyabr 2017 Möhsün Yazıçıoğlu yolunun davamçısı – MERAL AKŞENƏR!
10 Noyabr 2017 "Mən Talış xalqının düşmənı deyiləm" - Yasəmən Qaraqoyunlu
08 Noyabr 2017 Düşməndən təhlükəli "dostlar" - Qənirə Paşayeva yazır
28 Oktyabr 2017 Atatürk ingilislərlə vuruşdu, fransızlardan isə...
04 Oktyabr 2017 Rusiyanı parçalamaq üçün panturanist ideyaları genişlənməlidir-YAZI
20 Sentyabr 2017 Rəsmiləşdirilən "Kürdüstan" və Güney Azərbaycan reallığı
18 Sentyabr 2017 Uşaqlığımın duyğulu xatirəsi...-YAZI
17 Sentyabr 2017 Arzuların, ümidlərin dəfn olunduğu kənddən prezidentə məktub-YAZI
15 Sentyabr 2017 Yeni bağlanan neft müqaviləsi və hər kəsin anlayacağı həqiqət...
08 Sentyabr 2017 Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.