Xəbər lenti

CCC.jpgCabir Turan Cəfərbəyli

17 sentyabr 1992-ci il….Gürcüstanın Qurciani şəhəri…Bu tarix bu məkan çoxlarına tanış deyil.düzdür?Amma bu tarix mənim gün kimi yadımdadır.Həmin gün Azərbaycanın futbol üzrə milli komandası tarixində ilk dəfə bir matça çıxdı.Rəqib Gürcüstan..Hesab?Önəmli deyil,3:6 hesabı ilə məğlub olduq.Mən həmin gün yaşadıqlarımı yazmaq istəyirəm.Ürəyi futbolla döyünən.futbolla yatıb duran 9 yaşlı bir uşaq.Bu oyunun keçiriləcəyi günü saatbasaat,dəqiqəbədəqiqə gözləyən bir uşaq….

Bilirsiz,o zamanlar indiki kimi deyildi, telekommunikasiya bunca inkişaf etməmiş, internet yox, canlı yayım yox. Əlbəttə ki, Aztv-də oyunu canlı yayımlamırdı. Mən həmin gün “İdman”qəzetinin redaksiyasına dəfələrlə zəng etdim. hər dəfə zəng edəndə deyirdim ki,”Əmi,oyun neçə neçədi bilmirsiz?”. Oyun getdiyi müddətcə, hər 10 dəqiqədən bir zəng edirdim. Axırda redaksiyadakılara maraqlı gəldim. Mənimlə çoxlu danışdılar, adım nədi, neçədə oxuyuram, futbola marağım hardandır-filan. Axırda evimizə şəhərləarası danışıq üçün 45 dəqiqəlik çek gəldi. Amma bir türlü hesabı öyrənə bilmədim. Redaksiyadakılar da bilmirdi. Həmin oyunun şəkilləri, protolu olan qəzeti bu yaxınlara kimi saxlayırdım. Həmişə tez-tez baxırdım. Arada 2 il olar baxmadım, sonra tapmadım o qəzetləri. Mən o qəzetlərin itdiyindən şübhələnəndən uzun müddət sonra o qəzetləri axtara bilmədim. Tapmamaqdan qorxurdum…

Bölmənin digər xəbərləri

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.