Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_elshensul.jpgElşən Süleymanov 

Çox insanlar bilir ki, demokratiyanın, şəffaflığın, ədalətliliyin, normal seçkinin, normal təhsilin,normal  tibbi, eləcədə məişət xidmətlərinin olması istənilən ölkədə insanların həm maddi, həm sosial həmdə mədəni-etik davranışlarının yüksəlməsinə gətirib çıxaracaq.Dünya  ölkələri sırasında bu gün həm iqtisadi həm sosial həmdə siyasi sferada ideala yaxın bir  səviyyəyə çatan ölkələrin keçmişini araşdıranda heçdə tarixdə onların bu qədər mədəni və humuanist olduqları üzə çıxmır. Məsələn götürək ingilisləri, onlar son 500-600 il ərzində dünyanın bütün qızıl-almaz və digər ehtiyatlarını talamaqla  kütləvi şəkildə varlandır, kübarlaşdılar. Təbii ki, kübar insanlar özlərini mədəni, alicənab , centlmen  göstərməyə çalışır. Uzun illər ərzində bu imitasiya artıq formalaşmış bir qaydaya çevrilir və cəmiyyət bir –birinə güzəştə getməyi, bir birinə ehtiram göstərməyi  mənimsəyir, bir birini aldatmamağı və s. mənfi halları tərgitməyə məcbur olur. Bununda nəticəsində tədricən  ortaya  hamının və hər kəsin görə biləcəyi, haqqında danışa biləcəyi, inkişafında iştirak edə biləcəyi , öz bacarığına görə töhfə verə biləcəyi bir toplum,cəmiyyət, ərazi yaranır. Bu gün istənilən Avropa ölkəsi, xalqlar məhz keçmiş talançılıqlarının mənfəətini görürlər. Axı Karl Marks demişkən” ilkin kapital oğurluq olmalıdır”.. Götürək Yaponları, onlarda öz bölgələrində hegemonluq etmiş xalq olublar. Bu gün yaponlar ingilislər qədər də olmasa dünyada söz sahibi olan, tanınan xalqdı. Çinlilərində uzun müddət hegemonluğu,bu gün onlarında dünyaya hakimlk edən xalqlardan geri qalmamaq istəyinin əsasını təşkil edir. Türklərdə  500- il ərzində ətraf xalqları öz hakimiyyəti altında saxlaya biliblər. Lakin imperiyanın çöküşündən sonra bir müddət inkişafda müəyyən durğunluq olsada məhz bu günlərdə keçmiş tarixi xatırlamaqla  onlarda  dünyada söz sahibi olmaq iddiasındadırlar. Bu konteksdə ruslar isə tamam başqa istiqamətdə köklkəniblər, “həmkarları”  ilə ayaqlaşmqda həmişə  geri qalan ruslar, hegemonluqlarını  təsir altında saxlamağa çalışdıqları xalqlara əvvəlcədən heçnə vermədən ,onlardan nəsə qopartmaq istəyində olmaları  onları digər “istilaçılardan” daha pis olduqları düşüncəsini formalaşdırıb. Ona görə  rusları heç kim sevmir.  Almanlarda Avropanın, mədəni , elmi, texniki inkişafın coğrafi mərkəzində yerləşmələrinə baxmayaraq dünyanın bölüşdürülməsi dövrlərində “yatıb yuxuya” qalmaqla sonradan bu itkinin yerini iki dəfə dünya müharibəsini başlamaqla doldurmağa çalışdılar.Lakin , hər dəfə məğlubiyyət bu xalqı , ölkəni “hegemonluğu” əldə etməyin başqa yolunu axtarmağa məcbur etdi. Bu gün almanlar dünyaya “Mersedes”, BMV, Opel.. və s.ən keyfiyyətli , güclü şirkətləri ilə nail olmağa can atırlar.Ancaq şüuraltı keçmiş hegemonluq iddiası qalmaqda davam edir.Təsadüfi deyilki Yunanıstan böhranında alman diplomatlardan biri Egey dənizindəki Yunanıara məxsus adalardan satmağı məsləhət görmüşdü...Yeri gəlmişkən ,Yunanlarda ilklərdən  olaraq  dünyanın yarısından çoxuna öz mədəni –siyasi təsirini buraxa bilmişdir. Düzdür bu dövr tarixdə bizdən çox uzaqda olsada ən azından bu gün heçdə yaxşı günlərini yaşamayan Yunanlara keçmişinə görə antisimpatiya göstərmirlər.Guya onları bu vəziyyətdən çıxartmağa kömək etmək istəyirlər.

Avropada ingilislərin dəniz hegemonluğuna qarşı ispanlar  isə çox çalışsalarda ,cənub çılğınlığı onları ingilislərdən geri qalmasına gətirib çıxarıb. İndidə ispanların Cəbəllüttariq deyilən kiçik bir şəhəri ingilislərdən geri almağa hünəri çatmayacaq. Ancaq onlarda qonşuları portuqallar kimi nizamsız şəkildə əlləri çatan yerlərdən ölkələrinə var dövlət gətirə biliblər. Bütün dövrlərdə imperiya arzularını həyata keçirməklə böyüyən xalqların istifadə etdiyi  müharibə və yaxud mədəniyət , təhsil gətirmək variantlarından fərqli olaraq ərəblər isə din amilindən istifadə edərək daha çox və uzunmüddətli qazanc mənbələri əldə etdilər. Onlar hətta bu yolda digər xalqların xidmətindən məharətlə istifadə edə bildilər.Ərəblərdən əvvəl hegemonluq edən farsları məhz ərəblər dayandırdılar.Bu gün ərəblərin  bu “uğurlarına” , dünyanın yarısının onlarla bağlılığına görə dügər “hegemon həmkarları “  hörmətsizlik eləmirlər.  Ancaq, ərəblər neft gəlirlərindən nə qədər varlansalarda kübar ola bilmirlər..Tarixdə bu cür “nailiyyətləri “ olmayan xalqlar isə hər variantda, zorla və ya xoşluqla belə “nailiyyətli” xalqların təsirinə  məruz qalır. Kiçik xalqların  belə situasiyada özünü böyük kimi aparması digər yırtıcılar təərəfindən tamamilə məhv edilməsinə gətirib çıxaracaq.Ancaq bu “yırtıcılar” arasında da həm gizli həmdə hərdən açıq çarpışmalar baş verirki, bu vəziyyətlərdə kiçik xalqlar  varki canfəşanlıq göstərərək özünü qucağında oturduğu xalqın(dövlətin) sevimlisinə çeivirir, qələbə olacağı təqdirdə öz payınıda ala bilir..məsələn ermənilər kimi.  Avropa , rus  imperiyaları tərəfindən təzyiqlərə, sıxışdırılmağa məruz qalan türk imperiyası onlara güzəştə getmək məcburiyyətində qaldı. Bizim kimi, “nailiyyətləri” yalnız bir iki dəfə biribirindən aralı düşmüş əyalətləri birləşdirməkdən ibarət olan,  böyük keçmişə malik olduğunu deməklə “böyüklərin” qıcığına səbəb olan bizlərin isə aqibəti çox qeyri müəyyən görünür. Özümüzü türk kimi böyük , cəsur, zəngin keçmişi olan xalq kimi təqdim etməklə  bu keyfiyyətləri ortaya qoya bilmirik. Halbuki bu keyfiyyətlə bizdə yox deyildir. Hərdən qısqanclıqdan  türk adı ilə deyil , azərbaycanlı, azəri adı ilə öz imzamızı vurmaq istiyirik, bunada  yuxarıda deiyim kimi “yırtıcılar “imkan vermir. Gürcülər kimi dünyada heç xalqla qohumluq əlaqəsi olmayan xalqlar isə məhv olub ortadan yox olmamaq üçün indiki vəziyyətdə mütləq şəkildə qorunmasına güvəndiyi “yırtıcıya” pənah aparmalıdır. Heç kim tərəfindən sevilməyən ruslarla bu məsələ acı bəhrəsini verdikdən sonra gürcülər düzgün yolu tapmışdılar, onlar Avropa “imperiyasına” sığınmaq məcburiyyətində qaldılar və bu onların xeyrinə olduda.Lakin çarpışma, ərazi bölüşdürülməsi baxımından ruslar daim buna mane olmağa çalışacaqlar. Biz isə heç bir tərəfə açıq aşkar sığınmadan özümü onlara bərabər aparmaq istəyimizə baxmayaraq bu gün Rusiyanın ciddi təsiri və təhdidi altındayıq. Belədə ölkənin təhlükəsizliyinə, qorunmasına məsuliyyət daşıyan hakimiyyət hər vəziyyətdə Rusiyanın maraqlarını nəzərə almadan qərar verə bilmir. Ancaq bizki bilirik , niyə ruslar ı sevmirlər?  Bu məcburi “sevgi” isə rusların  istənilən ilk büdrəməsində qisas hissinə çevriləcək.Necəki SSRİ – nin dağılması baş verdi. Düzdü onda qisası  ruslar onlardan yaxa qurtarmaq istəyənlərdən  aldı, ancaq rus  şovinistlərinin bir daha büdrəməsini gözləyənlər çoxdu...

Zənnimcə bizim atalar misalımzdaki kimi  “ən yaxşı biclik –düzlükdü”  kəlamına əsaslanıb, bu cür mürəkkəb ,çətin, eyni zamanda ağıllı olanlar üçün əlverişli bir dünya düzənində Azərbaycan olaraq hamının sevimlisinə, dostuna, güvəninə çevrilə bilərik.Bunun üçünsə  hamımızın bildiyimiz  yol var: xalq olaraq inkişaf etmək- bunun üçünsə normal təhsil, normal səhiyyə, şəffaf idarə etmə, yüksək sosial zəmanət,... -- bu sadalananlara çatmaq üçünsə ən əsası ədalətli seçkilər keçirmək lazım olduğunu isə bəlkədə bura yazmağa ehtiyac yoxdur...

Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.