Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_serxaann1.jpgSərxan Carçı

Bu günlərdə dinimiz İslama, daha dəqiqi Milli İslam modelinin müzakirəsinə həsr olunmuş bir tədbirə qatılmışdım. Dinimizdəki məzhəb və təriqətlərin etiqadlarını azad şəkildə yaşamasına, eyni zamanda bu inancların dövlətçiliyimizə və xalqımıza heç bir zərərinin toxunmamağının müzakirəsinə hər olunmuş bu tədbirdə çox önəmli məsələlər müzakirə olundu. Tədbrin sonunda isə mövzu dəyişdi və söz islamın olar-olmazlarından düşdü. Rəsmi hissənin sonunda danışılan mövzular içində ən çox İmam Mehdidən bəhs edildi. Təbii ki, hərə öz bildiyini danışdı və bəlli oldu ki, böyük bir qism İmam Mehdi qavramını ümumiyyətlə qəbul etmir, qəbul edənlər isə müqəddəs kitabımızda buyurulduğu kimi deyil, insanların öz düşüncələrinə uyğun yazdıqları kitabların, əmaniyələrin dediyi kimi inanırlar.  Elə orda oxuduğunuz bu yazını yazmağı düşünsəm də, ilahiyyatçı Elşad Mirinin bu mövzuda yaydığı videodan sonra yazmaq fikrim daha da qətiləşdi. Hörmətli ilahiyyatçı həm hz. İsanın yenidən zühuruna, həm də son dövrdə gələcək Mehdi Rəsulun gələcəyinə qarşı çıxaraq, bunların İslamda olmadığını deyir. Hz.İsanın qeybi və yenidən gələcəyi barədə kifayət qədər ayələr olsa da, bu yazımda Mehdi Rəsuldan bəhs edəcəyəm. (Yeri gəlmişkən deyim ki, Elşad bəy gələcək rəsulun adının “Mehdi” olduğunu deyir. Amma Mehdilik bir ad deyil, vəzifədir. Düzdü Hadi Allahın adıdır və hidayət edən Allahdır. Amma hidayətə vasitə olan hidayətçilər varki, onların vəzifəsinin adıdır Mehdi).

Öz kitabından heç nəyi əksik etməyən, orda hər şeyə aydınlıq gətirən yaradanımız, Mehdi Rəsul barədə də, bir çox ayələrdə bəhs edir. Məsələn Tövbə surəsinin 32 və 33-cü ayələrində və Saf surəsinin 8, 9-cu ayələrində qeyd edilən nurun tamamlanması üçün göndəriləcək rəsul məhz barəsində danışdığımız Mehdi rəsuldur. Çünki bilirik ki, son nəbi Məhəmməd peyğəmbər (s.ə.s) dövründə nur tamamlanmamışdır.

Furqan surəsinin 30-cu ayəsində “Ey Rəbbim, qövmüm Qurandan ayrıldı (Quranı tərk etdi)” deyən, deyəcək rəsul da həmin Mehdi rəsuldur. Çünki bunu da hər kəs bilir ki, sevgili peyğəmbərimiz (s.ə.s) dövründə Qurani-Kərim tərk edilməyib, əksinə ən üstün səviyyədə yaşanıb.

Ərzdən çıxarılacaq Dəbbə-dən bəhs edən Nəhl suəsinin 82-ci ayəsi də, bu qəbildən olan ayələrdəndir.

Bu siyahını bir az da artırmaq olar. Amma zikr əhlindən öyrəndiyimiz elmlə cəmi iki ayədən yazaraq yazını yekunlaşdırmaq istəyirəm.

Ali İmran surəsinin 81-ci ayəsində buyurulur: “Və Allah Nəbilərdən “Sizə kitab və hikmət verdim. Sonra sizə yanınızda olanı (Allahın sizı verdiyi kitabları) təsdiq edən bir rəsul gəldiyi zaman, ona mütləq iman edəcəksiniz və ona mütləq yardım edəcəksiniz” deyə əhd aldığı zaman “Qəbul etdinizmi, və bu ağır əhdimi üzərinizə aldınızmı?” deyə buyurdu. (Onlar da): qəbil etdik-dedilər. (Allahu Təala): Elə isə şahid olun və Mən sizinlə barəbər şahidlərdənəm-buyurdu”.

(Yeri gəlmişkən onu da qeyd edim ki, sitat kimi söylədiyim Ali İmran surəsinin 81-ci ayəsi İslamın başqa bir mövzusuna, Nəbi-Rəsul qavramına da işıq tutur. İndiyədək qəbul edilmiş yanlış bir fikri darmadağın edir və səmavi kitabların rəsula deyil, nəbilərə verildiyini isbat edir. Amma bu da başqa bir yazının mövzusudur deyə, hələlik Mehdi rəsuldan yazaq ).
Ayədən göründüyü kimi Allahu-Təala kitab verdiyi peyğəmbərlərdən (nəbilərdən) onların əlindəkini təsdiq edən bir rəsul gəldiyi zaman, ona iman və yardım edəcəkləri ilə bağlı söz alır. Təfsirçilər bu ayədə keçən, gələcək rəsulun Məhəmməd peyğəmbər (s.ə.s) olduğunu iddia edirlər. Amm heç də elə deyil.

Əvvala cənab haqq kitab verdiyi nəbiləri sıralayarkən niyə Məhəmməd peyğəmbər (s.ə.s) ayırıb sadəcə rəsul kimi qeyd etsin ki? Həm də, Əhzab surəsinin 7-ci ayəsində bu misakın (əhdin) alındığı zaman Hz. Məhəmmədin özünün də orda, əhd alınanların sırasında olduğunu deyir. Allahu-Təala bu ayədə nəbilərdən sonra bir nəbinin (peyğəmbərin) deyil, bir rəsulun gələcəyini söyləyir.

Türkistan.info

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.