Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_vusalsu.jpgVüsal Süleymanov

Rəbbin salamı üzərinizə olsun əziz insanlar!

Rəbbin Rəhman və Rahim olan adıyla

Əziz Dostlar! 

Bu gün əfsuslar olsun ki insanları Allahın adıyla aldadaraq, öz maddi maraqlarını güdənlər mövcuddur. Maddi maraqlarını güdənlər, kütlə və cəmiyyət psixologiyasını mükəmməl şəkildə bildikləri üçün, bu aldatma onlar üçün heç də, çətin deyildir. Bu aldatma üsulundan ən çox biznesmenlər, siyasətçilər, dini təbliğatçılar  istifadə edir. Hər kəs gözəl bilir ki, insanların ən zəif nöqtəsi Allah və dini inanclardır.Hətta Amerika Birləşmiş Ştatlarının vahid pulu olan dollarda, "in  God we trust!" (Allaha güvənib dayanırız biz) yazısı qeyd olunsa da, Amerika bəşəriyyəti sömürməklə məşğuldur. Yenə də, burada Amerika, insanları Allah ilə aldatmaq üsuluna önəm vermişdir. Hər kəs bilir ki, dolların qalxması və yenməsi dünyada yaşayan insanlar üçün həyati bir məsələdir. Amerika Allah şüarıyla dünya iqtisadiyyatını müstəmləkəsi halına salmışdır. Unutmamaq gərəkdir ki, Amerika insanları hər zaman Pul və Allah ilə aldatmışdır.Təbii ki, üzdə Amerika görünsə də, arxa səhnədə imperialistlərin barmağının olduğu,  açıq aydın hiss olunur.
Bu imperialistlərin iqtisadiyyatda Allah ilə aldatmaq üsuludur. 
İndi də, siyasətdə və dində  Allah ilə aldatmaq üsulu məsələsinə gələk. Bayaq insanların dini inanclarının zəif nöqtəsi olduğunu qeyd etmişdim.Vicdanlı  tarixçilərimiz təsdiq edəcək ki, Səlib yürüşlərinin,Məsih hərəkatlarının, İslam adıyla edilən Əməvi, Abbasi və digər ərəb fəthlərinin, Osmanlı və s.digərləri Allah xatirinə deyil, öz şeytani nəfslərinin maraqları uğruna edilmişdir. Hələ utanmaq duyğusu inkişaf etməyən bu şəxslər, utanmadan oralara fəth adı vermişlər. Çoxlarımız gözəl bilirik ki, ərəblərin Azərbaycanımıza İslam adıyla girdikləri zaman, həm insanlarımızı sömürürdülər, həm də qadınlarımızla cinsi əlaqədə olaraq öz soylarını artırırdılar. Rusiya necə ki Sovet Sosializmində ruslaşdırma siyasəti, eyni ilə ərəblər də, ərəbləşdirmə siyasəti aparırdı. Özlərini İslamın çarçıları hesab etsələr də, imperialistlik duyğuları, əqidələrinin önünə keçmişdir. 

Bir zaman Səlib yürüşləri digər dini inanclılara qarşı yönəldilirdisə, hal hazırda bu üsul eyni inanclı insanların üzərinə tətbiq edilir. Bu gün İslam dünyasına edilən cihad virusu sürətlə inkişaf edir. Bu da təbii ki, imperialistlərin maraqlarına xidmət edir. Avam, cahil dindar isə, bu oyunun fərqində belə deyil. Filosof Oshonun dəyərli kəlamlarının birində belə bir cümlə keçir. "Cənnət deyə deyə dünyamızı cəhənnəmə çevirdilər".Əfsuslar olsun ki bu bir həqiqətdir.Azğın nəfsə sahib olan imperialistlər avam, cahil müsəlmanları cənnət adı ilə, dünyalarını cəhənnəmə çevirdilər.Sizcə eyni əqidəni daşıyan şəxs əqidə həmkarını öldürdüyü zaman,cənnətə sahib ola bilərmi? Təbii ki sağlam düşüncəyə malik olan dini inancından asılı olmayaraq hər bir şəxs yox cavabını verər. Bu insanlığa edilən ən böyük cinayətdir. Avam müsəlman cihadı öz nəfsinin üzərində etmək əvəzinə, rahatlıqla cəhənnəmini qazanır. 
Nəysə onsuzda bunları yazmağımda nə fayda.Rəbbi, həqiqəti dərk etməyənlərin qulağından bu sözlərim, bir qulaqlarından girib, o biri qulaqlarından çıxacaq. Çünki imperialistlərin ideoloji qullarıdır.

Çox uzatmadan sizlərə son sözümü deyərək məqaləmi bitirmək istəyirəm. 
Özünü dərk etdiyin zaman dünyamız, gül və gülüstanlıq olar. 

Allaha əmanət olun

Müəllif : İlahiyyatçı Vüsal Süleymanov

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.