Xəbər lenti

 b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_elsenelisoy.jpgElşən Əlisoy

Qondarma “Dağlıq Qarabag Respublikası”nda konsert verərək Qarabağı erməni torpağı kimi tanıyan Gürcü müğənni Soso Pavliaşvili Bakıda konsert verməklə, Azərbaycan dövlətinin sözünün kəsəri olmadığını bütün dünyaya göstərdi. Hətta Soso deyilən bu adam işğal altında olan torpaqlarımızda erməni quldurlarına verdiyi konsert üçün ən azından üzr də diləmədi.

Əvəzində,- “Ermənilərlə dostluq etmişəm, edirəm, edəcəyəm də. Heç kimdən də buna görə icazə almayacam. Tezliklə Bakıda böyük xeyriyyə tədbirimiz olacaq!”,- dedi və etdi! Böyük masalarda guya Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün qətiyyətli mübarizə aparan Xarici İşlər Nazirliyimiz Soso Pavliaşvilini qondarma “Dağlıq Qarabağ Respublikası”na konsertə getdiyi üçün siyahıya salsa da, nədənsə verdiyi qərara sahib durmaq gücündə olmadı. Soso gəldi və heç kimdən üzr də istəmədi.

Bir Soso qarşısında qüruru sınan Xarici İşlər Nazirliyinə Qarabağın taleyini ümid etmək loru dildə desək, axmaqlıqdır! “Milyonerin vətəni olmaz”,- deyiblər. Bu söz yəqin ki, azərbaycanlı pullulara aiddir, yoxsa mən erməni marağını satan bir erməni milyarderinin olduğunu eşitməmişəm. Soso ilə bir səhnəni bölüşən və hətta onu müdafiə edən Emin Ağalarov görəsən Qarabağın kimin torpağı kimi tanıyır? Bu haqda ona süal ünvanlanmalıdır məncə. İlham Əliyev rayonların birində sakinlərlə görüşərkən bir nəfər orta yaşlı, ağlı kəsən bir insan qabağa çıxaraq prezidentə belə bir söz dedi: “Cənab prezident, siz təyyarədən düşəndə, belə “delovoy-delovoy” yeriyirsiniz ee, o, mənə ləzzət edir”. Onu deyən həmin o sakinə görəsən onun gəlişinə etiraz edən azərbaycanlı vətənpərvərləri təhqir edərək, “Onlara sümük ver, gəmirsinlər”,- deyən Sosonun Bakıya “delovoycasına” gəlməsi necə təsir etdi?

Sosonun Bakıda, Heydər Əliyev adına sarayda keçirdiyi konsertdə izdihamın olması milli qürurumuzun nə qədər zəif inkaf etdiyinin göstəricisidir. Bunu Soso bizdən daha yaxşı bildiyi üçün “Bakıdan mənə zəng edirlər və deyirlər ki, “Soso, biz sənin mahnılarını oxuyuruq, sağ ol ki, varsan. Bakı səni sevir!”,- deyə bildirmişdi. Xalqımızın səviyyəsini bu adam bizdən də yaxşı bilirmiş demək...

Bu gürcü əsilli ermənipərəst müğənni Qarabağın azad olunması yolunu da göstərdi: “Bu qışqırıq salanlar Qarabağı qaytarmaq istəyirlərsə, hücum qrupu yaradıb, gedib qaytarsınlar!”. Həm də bu, o Soso Pavliaşvilidir ki, qondarma “erməni soyqırımı”nı tanıyır və “soyqırımın” bir daha təkrar olunmaması üçün susmamağın, hamı tərəfindən tanınana qədər danışmağın lazım olduğunu deyir... 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.