Xəbər lenti

ilhamsaban.jpg
"Nefin qiyməti fevral ayından başlayaraq yenidən ucuzlaşacaq”

Sozcu.az xəbər verir ki, bu barədə "Sherg.az”a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neftin hasilatını 2016-cı il noyabrın 30-da qəbul edilmiş səviyyədə saxlanılması haqda qərarı dəstəklədi:

"Və hasilatın 2018-ci ilin sonuna qədər artırılması barədə qərar qəbul etdi. Bunun nəticəsi olaraq həmin görüşdən sonra dekabr və yanvar aylarında neftin qiymətləri 65-70 dollar ətrafında olub. 2018-ci ilin yanvarında 70 dollardan da yüksək olub. Amma fevral ayının əvvələrindən neftin qiymətləri aşağı düşməyə başlayıb.

Ötən ay neftin qiymətinin 70 dollardan yuxarı olması müəyyən beynəlxalq faktorlardan asılı idi. Birinci amil dolların avroyla münasibətdə qiymətinin ucuzlaşmasıdır. Bir il öncə avro və dollar 110 nisbətində idisə, bu il 124 qədər bahalaşdı.Yəni avro bahalaşdı, dollar isə ucuzlaşdı.İkinci amil isə kilimarket faktorları idi. Şimal yarımkurəsində və Mərkəzi Asiyada son dövrlərin sərt soyuğu yaşandı.

Kanada və Mərkəzi Asiyada -40 dərəcə, ABŞ da -30 dərəcə şaxta oldu. Avropada böyük yağıntılar qeydə alındı. Bu əsnada da enerjiyə təlabat yüksək oldu. Bu da neftin qiymətinin artmasına gətirib cıxartdı.Və bu şərait həmişə belə olmur.Bir müddət sonra soyuqlar aradan qalxır. Enerjiyə təlabat azalır.İndi faktiki olaraq neft öz real qiymətindədir.Verilən praqnozlarda bildirildi ki, brend markalı neft 57 dollar olacaq.Hazırda ay yarım geridə qalıb. Amma bütün neftin qiyməti praqnozlardan yüksəkdir”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.