Xəbər lenti

banklar.jpg
Fevralın 1-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat saxlanıb. Avroda da dəyişiklik yoxdur: 2,1116 manat.

Sozcu.az-ın məlumatına görə, Mərkəzi Bank gürcü larisinin kursunu 0,6811 manata, Rusiya rublunu 0,0303 manata, türk lirəsini 0,4528 manata qaldırıb (Məzənnələr).

Dollar 2017-ci il dekabrın 13-dən 1,7001 manata satılır. Bu, manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri ən davamlı rəsmi məzənnədir.

2015-ci il fevralın 21-də dollar 0,7862 manatdan 1,05 manata yüksəlib. Dekabrın 21-nə təsadüf edən ikinci devalvasiyada rəsmi kurs 1,55 manat olub, il 1,5594 manatla başa çatıb.

2016-cı ildə məzənnə 1,7707 manata qalxıb.

2017-ci ildə isə dollar 7,06 qəpik ucuzlaşıb. İl ərzində ən aşağı qiymət 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət fevralda olub: 1,92 manat. Bu həm də ilk devalvasiyadan bəri qeydə alınan ən yüksək göstəricidir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.