Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_qubadibads.jpg
Dünən Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı Açıq Büdcə sorğusunun 6-cı raundunun nəticələrini açıqlayıb.

2006-cı ildən etibarən iki ildə bir dəfə keçirilən bu sorğuda Azərbaycan geriləyən 28 ölkə, qiymətləndirmə balının düşmə səviyyəsi iki-rəqəmli ədədlə ifadə olunan 15 ölkə (Banqladeş, Botsvana, Burkina Faso, Kamerun, Konqo Demokratik Respublikası,
Malavi, Niger, Rvanda, Sierra Leone, Tanzaniya, Yəmən, Zambiya, və Zimbabve) arasında olub. Beləliklə də Azərbaycan 100 mümkün baldan 34 bal toplayaraq, 115 ölkə arasında 77-ci yerlə minimal səviyyədə büdcə məlumatlarını açıqlayan ölkələr qrupuna daxil olub. Hazırkı göstərici 2008-ci ilədn sonra ən pis səviyyəni xarakterizə edir.
Müqayisə üçün qeyd edim ki, Gürcüstan 82, Rusiya 72, Türkiyə 58, Qırğızıstan 55, Qazaxıstan 53 bal toplayıb. Post-sosialist düşərgəsindən sorğuya cəlb olunan ölkələr arasında Azərbaycan yalnız Tacikistandan yuxarı xal yığa bilib.
Azərbaycanın göstəricini sürətlə pisləşdirən büdcə prosesində ictimai iştirakçılığın azalması olub. Bu qiymətləndirmə üzrə Azərbaycan 100 mümkün baldan 22-ni toplaya bilib.
Ümumiyyətlə, Azərbaycanın açıq büdcə indeksində mövqeyni pisləşməsi ölkədə azad mətbuatın boğulması, müstəqil vətəndaş cəmiyyəti institutlarının məhv edilməsi, eyni zamanda ötən il ölkənin mədən sənayesində şəffaflıq təşəbbüsündən çıxması ilə əlaqədardır.

Qubad İbadoğlu, iqtisadçı alim 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.