Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_ekremhesenov.jpg
ABŞ-da KPMG-nin dələduzluq və digər cinayətlərə görə 6 rəhbər şəxsi həbs olunub. Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alaraq, qeyri-peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər.

Sozcu.az xəbər verir ki, bu sözləri bank eksperti Əkrəm Həsənov qeyd edib. O bildirib ki, şirkət Azərbaycanda da iki bankın müflisləşməsinə səbəb olub:

“Azərbaycanda da KPMG-nin qeyri-peşəkarlığı “Bank Standard” və “Texnikabank”ın müflisləşməsinə səbəb olub. Üstəlik, ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin “Artsakhbank”ının auditorudur.

KPMG-nin reputasiyası bütün dünyada darmadağın olur. Xəbərdarlıq edirəm: KPMG ilə, o cümlədən onun yoxladığı şirkətlərlə ehtiyatlı olun”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.