Xəbər lenti

vuqarbayss.jpg
Son günlər bəzi köşklərdə siqaretlər əvvəlki qiymətindən 20-30 qəpik baha qiymətə təklif edilir. Satıcılar iddia edir ki, tütün məmulatlarına aksiz rüsumunun artırılması siqaret qiymətlərinə artıq təsir etməyə başlayıb. Maraqlıdır ki, supermarketlərdə belə artım hələlik müşahidə edilmir.

 Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində bu gün marketlərdə, köşklərdə satışda olan siqaret məhsulları əvvəlki dövrdə, yəni rüsumlar artmadan öncə ölkəyə gətirilib:

“Ona görə də böyük mağazalarda indidən qiymət artımının müşahidə olunması mümkün deyil. Yanvar ayının ikinci yarısından etibarən spirtli içki və tütün məmulatlarının qiymətlərində cüzi artımların olacağını isə müşahidə edəcəyik. Çünki Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında etdiyi dəyişiklikdən sonra bu məmulatların gömrük rüsumları da artırılıb. 1000 qutu siqaretə tətbiq edilən gömrük rüsumunun artması onun xərcinin və qiymətinin artmasına da gətirib çıxaracaq”.

V.Bayramovun sözlərinə görə, ancaq daxili istehsala yeni vergilər tətbiq olunmadığı üçün iqtisadi baxımdan yerli istehsalda qiymət artımları üçün zəmin yoxdur.

Qeyd edək ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarında dəyişiklik edib.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.