Xəbər lenti

erebneft.jpg
Səudiyyə Ərəbistanında benzin qiymətləri qaldırılıb. Ölkədəki qiymətlər bir gündə iki dəfədən çox artıb.

 "Marja" xəbər verir ki, qiymətlərin qaldırılmasının səbəbləri səmərəli enerji istifadəsini təmin etmək və ölkənin ötən aylarda açıqladığı nəhəng islahat paketi üçün maliyyə təmin etməkdir.

Ölkədə daha əvvəl 0.75 rialdan satılan 91 markalı benzinin litri 82 faiz artımla 1.37 riyala (62 qəpik), 95 markalı benzinin litri də 126 faiz artımla 0.90 rialdan 2.04 riala (90qəpik) qaldırılıb.

Dizel qiymətləri isə dəyişdirilməyib.

Səudiyyə Ərəbistanı krallığı, hökumətin təqdim etdiyi xidmətlərin səviyyəsini və keyfiyyətini artırmağı, xoş gələcək və davamlı bir inkişaf hədəf seçən geniş bir islahat paketi açıqlamışdı.

 ƏDV TƏTBİQİ DƏ BAŞLAYIB

Digər tərəfdən, ölkədə dünəndən etibarən Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq edilməyə başlayıb. Səhiyyə, təhsil, bank əməliyyatları, əmlak, nəqliyyat, yanacaqdoldurma, elektrik, su, rabitə və sığorta əməliyyatları kimi bir çox sahədə 5 faiz ƏDV tətbiq olunacaq.
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.