Xəbər lenti

banklar.jpgÖtən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi.

Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir. Ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub. Beləliklə də son 1 il 9 ayda ən çox ziyan Accessbankda (127,5 milyon manat), Bank of Bakuda (69,6 milyon manat), Unibankda (39,2 milyon manat), Bank Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və Dəmirbankda (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan Dəmirbankın lisenziyası geri alınıb.

Cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri Amrahbankda 10,3 %, Muğanbankda 12,5 %, Unibankda 16,9 %, Accessbankda 19,2%, Bank of Bakuda 21,1%, Bank Respublikada 22,1 %, Nikoil Bankda 23,5 %, Azər Türk Bankda 63,4 % azalıb. Hesabat dövründə bank kapitalının dəyərini AccessBank 6,8%, Azər Türk Bank 7,5%, Amrahbank 15,3%, Bank of Baku 19,9%, AFB Bank 21,4%, AGBank 21,9 %, Unibank 37,8% itirib.

Məlumat üçün qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankı, Günay Bank və Naxçıvanbank dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır. Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar.

Qubad İbadoğlu, iqtisadçı alim

Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.