Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_qubadibads.jpg
Bu gün FED uçot dərəcəsini qaldırır. Bu qərar Azərbaycan manatlna necə təsir edəcək?

Dekabrın 13-də yerli vaxtla 14.30-da (Bakı vaxtı ilə saat 23.30-da) iki günlük müzakirədən sonra FED-in direktorlar şurasının sədri Janet Yellen mətbuat üçün açıqlamasında Amerikan iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq. Bazar müşahidəçilərinin proqnozlarına görə, FED-in uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaq. Hazırda investorları maraqlandıran əsas məsələlərdə biri də FED-in və digər Mərkəzi Bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək.

Məlumat üçün qeyd edim ki, bir qrup respublikaçı tərəfində hazırlanan və prezident Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə, 7 şkalalı (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%) fərdi gəlir vergisinin 3 şkalaya (12%, 25% və 37%) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. Bu dəyişikliklər də ictimaiyyəti narahat edən əsas məqamlardan bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır.

Hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir.

ABŞ-ın neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır.

FED-in bu gün gözlənilən bəyanatının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır. Reaksiyalar müxtəlifir. Belə ki, ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb.

Bu qərarın Azərbaycan manatınının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki, Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.

Qubad İbadoğlu, iqtisadçı ekspert

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.