Xəbər lenti

neftereb.jpg
Səudiyyə Ərəbistanı Bəhreynə gedən neft kəmərinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bu barədə informasiyanı “Əl Ərəbiyə” televiziyası yayıb. Neft kəmərinin fəaliyyətinin dayanmasına Bəhreyndəki partlayış səbəb olub. Ər-Riyad artıq ölkənin bütün neft obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Qeyd edək ki, noyabrın 10-da Bəhreynin paytaxtı Manamadan 15 km məsafədə yerləşən Buri kəndi ərazisindəki neft kəmərində partlayış baş verib. Bəhreyn rəsmiləri partlayışı yüksək peşəkarlığa məxsus şəxslərin törətdiyini bildirib. Partlayışın arxasında İranın dayandığı da istisna edilməyib.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.