Xəbər lenti

merkezibank.jpg
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,79% möhkəmlənərək 1,8824 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,67% ucuzlaşaraq 0,0296 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1,79% zəifləyərək 0,4776 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,68%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6469 manat olub.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.