Xəbər lenti

socarddd.jpgDünən axşam saatlarında SOCAR-ın N. Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.

Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunub: "Artıq tutum öz yerinə qoyulub".

Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.

Qeyd edək ki, bu platforma bütün "Ələt" yatağını işıqlandıran platformadır. Platformada dizel yanacağı tutumları mövcuddur. Həmçinin platformada dizel yanacağı ilə işləyən elektrik generatorları var. Platforma başqa özülləri kabel vasitəsilə işıqlandırır və “Ələt” yatağının enerji sistemi buradan qidalanır.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.