Xəbər lenti

bangbeynelxalq.jpg"Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aqşin Əmirov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyinə gətirilir. Bu barədə "APA-Economics"ə bank sektorundakı mənbə bildirib.

Məlumata görə, A. Əmirovun ABB-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir.

Mənbə əlavə edib ki, A. Əmirovla yanaşı dövlət bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov da gətiriləcək.

"Hər iki şəxs artıq bir müddətdir ABB-də təhvil-təslim işləri ilə məşğuldur", - deyə həmsöhbətimiz bildirib.

Xatırladaq ki, dekabr ayında ABB-nin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Xalid Əhədova həvalə olunub. 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.