Xəbər lenti

nefttr.jpgAzərbaycan OPEK-lə əldə edilən razılaşma çərçivəsində bu gündən sutkalıq neft hasilatını 35 min barel azaldılması prosesinə başlayır.  

APA-nın məlumatına görə, 10 dekabr 2016-cı ildə Vyanada keçirilən görüşdə OPEC ölkələri  gündəlik neft hasilatını 32,5 mln. barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.

Görüşdə  OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub.

Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Ancaq bu o demək deyil ki, Azərbaycan yanvarın 1-də dərhal neft hasilatını 35 min barel azaldacaq.

Yanvarın 1-dən OPEK-in qərarı qüvvəyə mini rvə Azərbaycan neft hasilatının azaldılması prosesinə başlayır. OPEK neft hasilatının 6 ay ərzində 35 min barel azaldılmasını gözləyir.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.