Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_6noyabr2016_dollaaar.jpg
Dünya bazarında neft qiymətlərinin yenidən 56 dolları ötməsi (“Brent” markalı neftin bir
barrelinin qiyməti hazırda 56,16 dollaradır) əsas neft ixracatçısı olan ölkələrdə dolların ucuzlaşmasına səbəb olub.

 Axar.az xəbər verir ki, ötən gün Moskva birjası 1 dolların 0,4 rubl ucuzlaşaraq 60,27 rubla düşməsi ilə bağlanıb. Az öncə bahalaşan xarici valyutalarda ucuzlaşma avroda da özünü göstərib. Belə ki, avro 0,7 rubl ucuzlaşaraq 62,75 rubla satılıb.

İranda da bir müddət öncə 4150 tümənə yaxınlaşan dolların ucuzlaşması müşahidə edilib. 28 dekabr tarixində dollar 4100 tümənə qədər ucuzlaşıb.

Türkiyədə isə dolların kursunda bahalaşma qeydə alınıb. Yalnız ötən gün dollar daha 0,49 faiz bahalaşaraq 3,5414 lirəyə qalxıb. Avronun məzənnəsi isə təxminən dəyişməyib: 1 avro – 3,6866 lirə.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.