Xəbər lenti

vergii.jpg
“Toylarda və digər mərasimlərə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaqlar”.

Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcəklər.

Fəaliyyət növü Aylıq məbləğ (AZN)
Toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar və digər oxşar peşə nümayəndələri 30
Foto və video çəkilişləri, eləcə də audio yazı sahəsində fərdi fəaliyyət (fotostudiyalar istisna olmaqla) 30
Pinəçilər və sənətkarlar 5
Televizor, soyuducu və digər məişət əşyalarının təmiri 10
Fərdi evlərdə xidmətçilər, ev təsərrüfatında təmizlik fəaliyyəti, xəstələrə, qocalara və uşaqlara qulluq, fərdi sürücü, bağban, aşpaz və digər oxşar peşələr 10
Emalatxana işləri 20
Yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq:
– Bakı (kənd və qəsəbələr daxil olmaqla) – 2
– Gəncə, Sumqayıt, Xirdalan – 1,5
– Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan – 1
– Digər şəhər və rayonlar – 0,5
(trend)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Tel: 0202264228
Təsisçi Elşən Əlisoy - Mob: 055 972 53 53
email:Sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.