Xəbər lenti

selfecubu.jpg
Bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı zamanı stadionlara selfi çubuqları, uzunluğu 25 sm-dən çox olan çətirlər, foto və video texnikası üçün ştativlər, həmçinin dronların keçirilməsi qadağan ediləcək.

FİFA-nın DÇ-2018 stadionlarında azarkeşlərlə bağlı təsdiq etdiyi davranış qaydaları keçirilməsi qadağan olunan 50 əşyadan ibarət siyahını özündə əks etdirir.

Matç təşkilatçıları azarkeşlərə əşyalarını saxlanma kameralarında qoymağı təklif edəcəklər. Qadağan olunmuş əşya aşkar olunacağı təqdirdə qanun pozucusu stadiondan kənarlaşdırılacaq.

Konkret olaraq selfi çubuqları ona görə qadağan olunub ki, o, münaqişə vəziyyətləri yaranacağı təqdirdə soyuq silah qismində istifadə oluna bilər. (report)

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.