Xəbər lenti

ceyirtike.jpg
Rusiyada 14 iyun-15 iyul tarixlərində təşkil ediləcək futbol üzrə Dünya çempionatı üçün ciddi hücum təhlükəsi mövcuddur.

 Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Pyotr Çekmarev ölkədə stadionlara çəyirtkə hücumu ehtimalının olduğunu və "DÇ-2018"in təhlükə ilə qarşı-qarşıya qala biləcəyini deyib.


Ötən il Volqaqradda yerləşən stadiona hücum çəkən çəyirtkələr bu il yarışın keçiriləcəyi 11 şəhərdəki meydançaları təhlükə altına qoya bilər: "Bütün dünya buraya gələcək. Futbol meydançaları yaşıl rəngdədir. Çəyirtkələr çəmənliyin olduğu yerləri sevirlər. Stadionlara gəlmələrinin qarşısını almaq üçün işlərə başlamışıq. Belə hadisə olsa, bütün dünyaya biabır olarıq".

Qeyd edək ki, "DÇ-2014"də də oxşar hadisə baş vermişdi. "Marakana" stadionunda keçirilən Braziliya - Kolumbiya oyununda çəyirtkələr kolumbiyalı futbolçu Xames Rodrigesi hədəfə almışdı./qaynarinfo.az/
Sozcu.az

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
Direktor Anar Rəsulov
Redaktor Elşən Məmmədov - 055 972 53 53
Mob: 055 637 07 69
Tel: 020 226 42 28
email: sozcu.az@gmail.com

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.